Ermənistan parlamentinin sədri "satqın" və "qatil" şüarları ilə qarşılandı - VİDEO
Tarix: 25-10-2021, 11:36 | Çap et
Ermənistan parlamentinin sədri "satqın" və "qatil" şüarları ilə qarşılandı - VİDEO
rmənistan parlamentinin sədri Alen Simonyan Kiprdə öz həmvətənləri tərəfindən "satqınlar", "ermənilərin qatilləri" təhqirləri və etiraz aksiyası ilə qarşılanıb.

Unikal.org xəbər verir ki, bununla bağlı görüntüləri Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki hesabında paylaşıb.

Videogörüntüdə Kiprdə Ermənistan Milli Məclisinin spikerinin nümayəndə heyətini qarşılanması əks olunur.

Alen Simonyanın avtomobilindən düşməsindən sonra onun gəlişi əleyhinə aksiya keçirən etirazçılar qışqıraraq "satqınlar", "ermənilərin qatilləri", "Səni burada görmək istəmirik", - deyə etiraz etməyə başlayıblar. Qeyd edilir ki, gənclər aksiyaya Ermənistanın baş naziri Nikol Paşinyan rejimini ittiham edən plakatlarla gəliblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net