Salyanda bələdiyyələr necə problemə çevrilir...
Tarix: 7-05-2015, 11:14 |
Çap et
Salyan rayonu Cəngən kənd sakini Niyaməddin Nağıyev redaksiymıza müraciət edərək kömək istəyib. Vətəndaş bələdiyyəninin qanunsuzluğundan şikayətçidir və beş ildə 4 dəfə dəyişən Kürqaraqaşlı kənd bələdiyyəsinin sədrlərini ondan rüşvət almaqda ittiham edir.
Niyaməddin Nağıyevin şikayətini olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik. Və əvvəlcədən bildiririk ki, Kürqaraqaşlı kənd bələdiyyəsinin sədrləri ilə əlaqə saxlamaq məhdudiyyətimiz olducu üçün, onların mövqelərini dərc etməyə hazırıq.
«Mən Salyan rayonu Cəngən kənd sakini Niyaməddin Nağıyev 2011-cu ildə bələdiyyədən ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsi almışam. Əlimdə ona ayrılan torpaq sahəsi barədə bələdiyyə qərarı da var. Hal-hazırda da evimi tikmişəm və orada yaşayıram. Amma torpağının sənədini hələ də tam qaydasına sala bilmirəm .
2011-cu ildə 0.10 ha torpağı mənə 1500 manata dedilər. Sonda 1200 manata razılaşdıq. İlkin olaraq bələdiyyəyə çatası olan büdcə köçürməsinin 600 manatını istədilər, mən də verdim. Söylədilər ki, 600 manatın qəbzini verəcəyik, yerdə qalan 600 manat bizlik deyil, yuxarılara çatacaq. Sənədləşməyə lazım olacaq qalığı ödəyəndən sonra bizdə sənədlərini qaydaya salarıq.
O vaxtdan üç ilə yaxın vaxt keçib. Bir türlü bələdiyyə hesabına ödədiyim pulun qəbzini ala bilmirəm. Belə haqsızlıqlarla qarşılaşan təkcə mən deyiləm.
2012-ci ildə eşitidm ki, bələdiyyə üzvlərinin «əlləri aşağıdır» və onlarda öz adlarına (Vəliyyev Faxrəddinin adına olan) icarəyə götürdükləri 2 ha-lıq əkin sahəsinə təkrar müştəri axtarırlar ki, icarəyə versinlər. Mən də həmin yerə təklif olunan 800 manatı verdim ki, bu əkin sahəsindən üç il, yəni 2015-ci ilin dekabrına qədər istifadə edim.
Ora icarə haqqından əlavə 700 manat xərc çəkib yonca əkmişəm. Mənim icarəyə götürdüyüm torpaq haqqda müqavilə söz verdilər amma sənəd vermədilər. Pulda ortada getdi. İndi xəbər gəlib ki, «yağlı müştəri var» və oranı “Nurgün Aqro”ya satırıq. Sənə başqa yerdən torpaq tapıb verərik. Belə də haqsızlıq olar. Nurgündə bu gün mənim əkdiyimi biçib. Bu şirkət kəndə gəlndən çoxu sevindi ki, əhaliyə iş yeri açıldı. Amma kimlər aldadıldı, nə, necə alındı, satıldı, bu bardə sonra əlava məlumat verəcm .
Bələdiyyələr isə kəndlinin problemlərini həll etmək əvəzinə, bu gün onlar özləri kəndlinin çözülməz probleminə çevriliblər.
Oxşar hadisələrə görə son beş ildə bu bələdiyyədə ciddi nöqsanlar aşkarlanıb və nəticədə dörd dəfə sədr dəyişdirilib. Mənim kimi haqqı pozulan bir çoxları var. Amma kimə desin dərdini, nə desin, baxan yoxdur axı. Təəccüblüsü də odur ki, tilovdan soxulcanı yeyib qaçan balıq kimi indiyədək bu sədrlərdən birinin də xətrinə dəyən olmayıb. Üstəlik Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Şirvan Regional İdarəsinin rəisi Nizami Hüseynovun bunların fəaliyyətinə hansı formada və necə nəzarət etdiyi də maraqlı məqamlardan biridir. Məlumat üçün bildirirəm ki, bələdiyyənin tərkibinə daxil olan on bir bələdiyyə üzvündən son beş ildə olub-bitənlərdən yalnız üç nəfərin xəbəri var. Yerdə qalan səkkiz nəfərin özlərinin də etiraf etdikləri kimi, heç nədən xəbərləri yoxdur .
Həmin üç nəfər nə iş görüb, bəlli deyil. Fəaliyytəiləri sanki dövlət sirri kim yerli sakinlərdən gizlədlir. Mən öz növbəmdə məhkəmə qaydasında olsa belə, onların son beş illik fəaliyytin aydınlıq gətirmyə çalışacam.
Hörmətlə: Salyan rayonu Cəngən kənd sakini Niyaməddin Nağıyev»
pia.az