Ermənilər hansı rayonların mina xəritəsini verməyiblər? - SİYAHI
Tarix: 21-10-2021, 15:29 | Çap et
Ermənilər hansı rayonların mina xəritəsini verməyiblər? - SİYAHI
Ermənistan hansı rayonların mina xəritələrini Azərbaycana vermir? Bu sualla xeyli vaxtdır ANAMA-ya müraciət etsək də qurum davamlı şəkildə susmağa üstünlük verir.

Bizim.Media olaraq vətəndaşlarımızı ciddi şəkildə maraqlandıran bu sula aydınlıq gətirməyə çalışdıq və...

“İndiyə qədər Ermənistan Azərbaycan tərəfinə Ağdam, Füzuli və Zəngilan rayonlarının minalanmış ərazilərinin xəritələrini təqdim edib. Digər rayonların mina xəritələri hələ də Azərbaycana verilməyib.

Əvvəl verilən xəritələrin də dəqiqliyi kifayət qədər aşağıdır”, deyən hərbi ekspert Ədalət Verdiyev bu barədə Prezident İlham Əliyevin iradlarını da xatırlatdı.

Bizim.Media-ya özəl açıqlamasında Ədalət Verdiyev minalanmış ərazilərlə bağlı Azərbaycanın narahatçılığının əsasını təşkil edən rayonlardan da söz açdı:

“Azərbaycanı narahat edən əsas Cəbrayıl rayonunun minalanmış sahələridir. Tərtər rayonunun mina xəritələri də hələ qalmaqdadır. Qubadlı, Laçın və Kəlbəcərdə olan minalanmış sahələrə dair də heç bir xəritə təqdim edilməyib.

Odur ki, Ermənistanın hələ bizə qaytaracağı xəritələrin sayı kifayət qədər böyükdür. Amma bizim tələbimiz sadəcə mina xəritələri deyil, mina sahələrinin dəqiq xəritələrinin bizə verilməsidir. Bu məsələdə diqqətli olmağımızda fayda var”.

Qeyd edək ki, mövzu ilə bağlı sualı oktyabrın 19-da ANAMA-ya ünvanlamışıq. Agentliyin mətbuat kaitibi Səbinə Sərkərova həm zəng, həm də mesajımızı indiyədək cavabsız qoyub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net