Şikayətçi düşən Ağcabədi sakinindən yeni açıqlama: - "Əsəbi olub..."
Tarix: 8-10-2021, 12:38 | Çap et
Şikayətçi düşən Ağcabədi sakinindən yeni açıqlama: - "Əsəbi olub..."

Ağcabədidə yerli məmurlardan şikayətçi düşən rayon sakini Şirinov Vətən Pöhrüz oğlu dia.az-a özünün yeni mövqeyini yollayıb.

Vətəndaşın qeydlərini olduğu kimi təqdim edirik:

"Bildirirəm ki 22.09.2021 ci il tarixdə saytlara Ağcabədi RİH-nin Hüquqi şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlu barəsində əsəbi olub həqiqətə uyğun olmayan məlumatlar yollamışam.

Bunun səbəbi həmkəndlim Fazil Rəhimovla aramızda olan yol problemi olubdur. Belə ki Rəhimov Fazilin oğlu orda burda deyir ki, bizə yol problemimizin həll olunmasında Hafiz müəllim kömək edir. Mən də bundan əsəbləşərək yalan məlumatlar yazmışam. Xahiş edirəm mənim mövqeyimi nəzərə alasınız".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net