Tərtərdə Vətən müharibəsi şəhidinin il mərasimi keçirilib
Tarix: 1-10-2021, 11:19 | Çap et
Tərtərdə Vətən müharibəsi şəhidinin il mərasimi keçirilib

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü Məhərzadə Taleh Oqtay oğlu 27 sentyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Məhərzadə Taleh Oqtay oğlu 44 günlük Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Tərtərdə Vətən müharibəsi şəhidinin il mərasimi keçirilib

Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net