Lerikdə NÜBARLIQ AĞAC DA SAXLAMIRLAR... - Bunları DURDURAN OLACAQMI?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinin merkantil maraqları fonunda cənub rayonlarının nadir agac növləri ilə zəngin meşələri kütləvi şəkildə məhv edilməkdədir.
AzToday.az xəbər verir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu, Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayında kütləvi qırıntılar qeydə alınıb. Yerli sakinlər bildirir ki, məşhur Babagil ocağından yuxarıdakı meşədə qırıntıları bu gün görüblər.
Meşə təsərrüfatında çalışan və adının gizli qalmasını istəyən mənbəmiz isə AzToday.az-a açıqlamasında deyib ki, Gürdəsər meşəbəyliyinin 7 saylı dolayında qırma sahəsi nəzərdə tutulmayıb. Yəni təqdim etdiyimiz görüntülərdəki qırıntılar tamamilə qanunsuzdur…
Kütləvi qırıntıların qeydə alındığı meşə dolayı Lənkəran – Lerik yolununun bir hissəsini əhatə edir. Bu isə o deməkdir ki, qanunsuz kəsilmiş ağacları daşımaq Ekologiya Nazirliyinin əməkdaşlarına daha rahat başa gəlir…
Kütləvi agac qırıntılarının görüntülərinin bir hissəsini təqdim edirik: