Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Tarix: 21-09-2021, 22:10 | Çap et
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.

İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, mənzillərinə təkrar baxışın keçirilməsi, suvarmada rastlaşdıqları çətinliklərlə, işlə təminat, qaz, internet çəkilişi və sair məsələlərlə bağlı müraciət ediblər.

İcra başçısı vətəndaşların müraciətlərini dinləyib, səlahiyyəti çərçivəsində onların problemlərinin həllinə köməklik göstərib, əsassız şikayətlərlə bağlı müraciət edənlərə müvafiq izahatlar verib .

Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.


Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net