Boş qalan Batumi, 15 min dollara ev...
Tarix: 10-05-2021, 12:58 | Çap et
Boş qalan Batumi, 15 min dollara ev...

Gürcüstanda zəruri ərzaq mallarının qiyməti inanılmaz dərəcədə artıb

Pandemiya Azərbaycanın yaxın qonşusu Gürcüstanda da ciddi iqtisadi problemlər yaradıb. Turizmdən illik 2-3 milyard dollar gəlir əldə edən ölkə indi böyük iqtisadi problemlər içərisindədir. Azərbaycanlıların da yayda üz tutduğu Batumi indi yarıboş şəhərə çevrilib. Rusiyanın “Moskovskiy komsomolets” qəzeti Gürcüstandakı bu sahədəki vəziyyətdən yazıb.
Boş qalan Batumi, 15 min dollara ev...
Bildirilir ki, aprel ayının sonunda Gürcüstanda koronavirusla bağlı vəziyyət sürətlə pisləşməyə başlayıb. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze virusun Gürcüstanda yayılma zirvəsinin aprel ayının sonunda - mayın ilk iki həftəsində olacağını söyləyib.

Hökumət yaşlı vətəndaşları imkan daxilində evdə qalmağa çağırır. Ölkədə axşam saat 9-dan səhər 5-ə qədər komendant saatı qüvvədədir. Bu da yaxınlaşan turizm mövsümünün təhlükə altına alır.

Boş qalan Batumi, 15 min dollara ev...

“Bu gün Gürcüstan tarixində ilk dəfə olaraq özünü taxılla təmin edə bilmir. Artıq çay yetişdirmir (çay əkinləri 94 faiz azalıb) və hətta üzüm bağları da 75 faiz azalıb. Gürcüstan hökuməti inanırdı ki, sənayeni inkişaf etdirməyə və kənd təsərrüfatına dəstək verməyə ehtiyac yoxdur, bunun əvəzində turizm hesabına qazanmaq mümkündür” deyə, məqalədə bildirilir.

Gürcüstan dollar və avroya xaricdən mal ixrac edir, bu da bahalığı sürətləndirir, əhalinin onsuzda ağır olan vəziyyətini pisləşdirir.”Qiymətlər, ilk növbədə zəruri ərzaq mallarının qiyməti inanılmaz dərəcədə artıb. Mağazaya girib görürsən ki, məhsullar əvvəlki gündən 20-30 faiz bahadır. Hər şey xaricdən gətirilir. Gürcüstan qida məhsullarının 80 faizini xaricdən dollara alır. Dərmanlar da bahalaşıb. 1 dollar 3,4 laridir. Artıq ölkədə larinin defoltundan, iqtisadi çöküşdən açıq danışılır.Həm küçələrdə, həm də mağazalarda əhalinin narazılığı hiss olunur”.



Gürcüstanın əsas turizm məkanı olan Batumi də boşalıb. “Pəncərəmdən 50 mərtəbəli bir bina görürəm, içərisində cəmi 4 pəncərədə işıq yanır. Bunun sağında bir dənə də olsun pəncərəsinin işığı yanmadığı daha iki nəhəng bina var. Bu gün Batuminin görünüşü belədir... Batumidə bir çox nəhəng tikintilər yarımçıq qalıb. İstifadəyə verilən binaların mənzilləri isə hələ də boşdur. Batumi bu gün bir xəyal şəhərciyinə bənzəyir. Mərkəz, köhnə şəhər Çernobıla bənzəyir. Küçələr tamamilə boşdur, bir neçə restoran açıq olsa da, müştəri yoxdur”deyə, qəzet Batumidə olan rus blogerinə istinadən yazır.

Boş qalan Batumi, 15 min dollara ev...
Qəzet yazır ki, Gürcüstanın “ikinci Sinqapur”a çevirmək istədiyi Batuminin indiki halının pandemiyadan da kənar səbəbləri var. Belə ki, Saakaşvilinin dövründə Batumi inkişaf edib, mənzillər bahalaşıb, xaricilər şəhərə investisiya yatırıblar. Ancaq son beş ildə tikinti həcmi inanılmaz dərəcədə artıb. Daşınmaz əmlak bazarındakı təklif tələbi üstələyib. İnsanlar Batumidə daşınmaz əmlka alanda inanırdılar ki, günü ən azı 100 dollardan məzillərinin kirayə verə biləcəklər. Ancaq iki il əvvəl də, hələ koronavirus olmadığı zaman da mənzilləri günü 20 dollardan baha kirayəyə vermək çətin idi. Ötən il isə günü 10 dollara da kirayə mənzil tapmaq mümkün idi. Bu səbəbdən mənzillərə olan tələbat azalıb.
“Kp” yazır ki, indi Batumidə mənzillərin qiymətləri ucuzdur. Məsələn, yeni tikilmiş binada təmirsiz 30 kvadratmetrlik mənzili 15 min dollara almaq mümkündür. Təmir edilmiş yaxşı 40-50 kvadratlıq mənzili isə 25-30 min dollar civarındadır.


Bir çox rus turist Batumiyə gəlmək istəyər, amma Rusiyadan təyyarə reysi yoxdur. Artıq məlum səbəblərə görə Türkiyə ərazisindən də Gürcüstana getmək mümkün deyil. Belarus və ya Ermənistan ərazisindən Gürcüstana gəlmək isə çox baha başa gəlir.

Tiflisə gündə bir neçə uçuş var, bəzi turistlər gəlir, ancaq əvvəlki ilə müqayisədə bu çox kiçik rəqəmdir. Batumiyə gələn əcnəbilər daha çox Tiflisidə yaşayan və işləyənlərdir.

Orxan Əliyev,
Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net