Tərtərdə məskunlaşan köçkünlərin pulunu kim talayır
Tarix: 29-04-2015, 09:46 | Çap et
Tərtərdə məskunlaşan köçkünlərin pulunu kim talayır
Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ayrılmış yardımlarla bağlı olaraq kütləvi narazılıq var. GUNDEMİNFO.AZ-a danışan rayonun Həsənqaya kəndində məskunlaşmış Kəlbəcərdən olan köçkünlər deyirlər ki, dəfələrlə mətbuat vasitəsilə müraciət etmələrinə baxmayaraq onları dinləyən yoxdur. Bundan böaşqa rayonun digər kəndlərində məskunlaşmış Laçın və Kəlbəcərdən olan köçkünlər də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ayrılmış vəsaitlərin talan olunduğunu bildirirlər. Xüsusilə də icra başçısının yerli nümayəndələri tərəfindən yardımların təyin edilməsi və verilməsi prossesində şəffaflıq prins iplərinin pozulduğu söylənilir.
Ümumiyyətlə gundeminfo.az-ın əməkdaşlarının internet üzərindən apardıqları araşdırma zamanı bəlli olub ki, rayonun cəbhə xəttində yerləşən kəndlərində məskunlaşmış vətəndaşların sosial durumları kifayət qədər ağırdır. Onların z təsərrüfatlarını saxlamaq üçün istifadə etdikləri təsərrüfatı suyu ilə bağlı da ciddi çətinliklərlə üzləşdikləri deyilir.
Çətin şərtlər altğında Tərtərdə məskunlaşmış məcburi köçkünlərə qarşı yerli icra hakimiyyəti tərəfindən laqeyd münasibətin olmasıilə yanaşı onlara ayrılan yardımların talanedilməsi də narazılıqların böyüməsinə səbəb olub. Bizə müraciət edən tərtərlilər yerli icra hakimiyyətinin nümayəndələrinin özbaşnalıqları ilə bağlı Prezident Adminstrasiyasına göndərmək üçün şikayət məktubu hazırladıqlarını bildirdilər.
Qeyd edək ki, bu günə qədər Tərtər Rayon İcra Hakimiyyəti analoji şikayətlərlə bağlı heç bir rəsmi açıqlama verməyib. GUNDEMİNFO.AZ olaraq Tərtər İH-nin rayonda məskunlaşmış köçkünlərlə bağlı deyilənlərə münasibətini dinləməyə hazırıq.

Xatırladaq ki, bir az öncə Tərtərin Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər sakini Fəqan Mirzə Oğlu Həsənov yerli icra nümayəndəsi İlqar Qasımovu yardımları talan etməklə bağlı ittiham edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net