Şuşanın müdafiəsini görün kimə tapşırdılar... - Ermənidə nə baş qalıb, nə də başçı...
Qarabağın “qaulyayteri” (işğal ərazilərində almanların yaratdığı müvəqqəti administrasiyanın rəhbərləri belə adlanırdı) Araik Arutyunyan Azərbaycan ordusunun üç tərəfdən əhatəyə aldığı Şuşanın müdafiəsini “ermənilərin şərəf məsələsi” elan edib. Separatçıların lideri Azərbaycan ordusunun minaatan zərbələrindən birtəhər yayınaraq Xankəndindən Şuşaya qalxa bilib və bir neçə hərbçinin iştirakı ilə hansısa uşaq bağçasında operativ qərargah təşkil edib.
Bu “təvazökar görkəmli” operativ qərargahda başlıca hadisə isə Azərbaycan publikasına yaxşı tanış olan birinin-Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın peyda olması idi. Erməni xalqının şərəf məsələsini ən şərəfsiz zabitlərdən birinə-məğlubiyyət və rüsvayçılıq simvoluna həvalə ediblər. Hansı ki, onu cəmi bir neçə il əvvəl Ermənistanın özündə ağır hərbi cinayətlərdə suçlamışdılar. Ohanyan piylənmiş arxa cəbhə siçovulu Xaçaturovun əliylə erməni ordusu quruculuğu işini gəlirli korrupsiya piştaxtasına çevirmişdi. Məhz Ohanyan kimi korrupsionerlər “başı çox əzablar çəkmiş” Ermənistanı amansız Paşinyan qiyamına gətirib çıxardı.
İnqilabi tənqid alovu Serj Sərkisyanın, üstəlik Robert Köçəryanın yaxın tərəfdaşlarına, o cümlədən Qarabağ klanının liderlərindən Seyran Ohanyana yönəldi. Onun sistemli korrupsiyası ifşa edildi, hansı ki, bu əməllərin barəsində Paşinyan mediası son illərdə çox yazıb.
Sual olunur-guya suveren olan ölkənin keçmiş müdafiə nazirinin, Seyran Ohanyanın alınmaz Şuşa qalası ətrafında gedən döyüş əməliyyatları teatrına nə dəxli var? Onu batalyon döyüşlərinə qədər aşağı salan səbəb nədir? Bəs marşal xəritələri hara getdi?
Seyran Ohanyanın Qarabağa birbaşa dəxli yoxdur. Onun atası Ermənistanın Gorus şəhərindəndir. Anası isə Şuşa ətrafında, yaxşı tanış olan Azərbaycan kəndi Daşaltıda doğulub. Lakin sonradan Ohanyanlar ailəsi Ermənistandan Qarabağa köçüb. O, bütün gəncliyini Şəmkirə , sonra Bakıya borcludur. Axı gələcək erməni hərbi rəisi Bakı ali hərbi məktəbinin məzunudur.
Azərbaycanlılar arasında uzun illər yaşasa da bu sovet “kombatı” Qarabağda sonradan öz həmvətənlərinə-dinc azərbaycanlılara qarşı bütün qəddarlığını nümayiş etdirməkdən çəkinmədi. Sovet zabiti separatçıların sıralarına daxil oldu, sonra işğalçı orduya keçdi və muzdlu zabit qismində özünün ifrat qəddarlığı ilə fərqləndi-Ohanyan dinc azərbaycanlıların öz evlərindən qovulmasında və onlara divan tutulmasında birbaşa iştirak etdi. Sonra yaralandı və ayağının birini itirdi, müharibənin sonlarına doğru qərargah işinə geri qayıtdı. On ilə yaxın Qarabağda işğalçı qoşunlara başçılıq etdi, Ermənistanda Qarabağ klanının hakimiyyətə gəlişindən sonra Yerevanda strateji posta qədər yüksəldi, müdafiə naziri oldu.
Ohanyan silahlı qüvvələrə rəhbərlik edəndə özünün soyuqqanlı və heyvani qəddarlığından başqa nə ilə seçildi?! Yuxarıda qeyd edildiyi kimi-sistemli korrupsiya mexanizmi yaratmaqla, hərbə ayrılan büdcə pullarını mənimsəməklə, erməni ictimai şüuruna keçilməz “Ohanyan xətti” barədə mifik təsəvvürlər yeritməklə. Onun əməllərini Ermənistan prokurorluğu indi də araşdırır.
Uzun illər ərzində Ohanyan və onun tərəfdaşları əmin edirdilər ki, Azərbaycan ordusunun ən güclü, müasir silahlarla silanlanmasından qorxmağa dəyməz, çünki Qarabağda keçilməz “Ohanyan xətti” var. Nəyə görə məhz Ohanyan xətti? Bu ad haradan ortaya çıxmışdı? Birinci Qarabağ müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı qəddarlıq üzərində qurulan “şücaətlərindən” başı gicəllənən və eyforiyaya düşən bu şərəfsiz alçaq (hərçənd o, əslində Yelstin generallarına və Rusiya ordusunun muzdlularına borclu olmalıyıdı) XX əsrin tarixində ən məşhur hərbi istehkam olan “Mannergeym xətti”indən ilhamlanmışdı.
Görkəmli fin marşalı və strateqi Karl Mannergeymin qurduğu həmin müdafiə istehkamlı qüdrətli sovet ordusunun qarşısını kəsə bilmişdi. Finlər bu müdafiə xəttini 20 il ərzində, birinci sovet-fin müharibəsindən sonra qurmuşdular.
Seyran Ohanyan isə erməni ictimaiyyətini inandırmağa çalışırdı ki, onun Qarabağda qurduğu müdafiə xəttini heç NATO ordusu da yara bilməz. Lakin 2016-cı ildə, dördgünlük aprel müharibəsi ərzində Azərbaycan ordusu “Ohanyan xəttini” cəmi 40 dəqiqədə darmadağın etdi, cəbhənin cənub və şimal istiqamətində irəliləyərək strateji mövqeləri tutdu. Bununla da Ohanyanın özünü də, adını da rüsvay etdi. Sərkisyan uzun illərin müdafiə nazirini istefaya göndərib onun yerinə aparat siçovulu, keçmiş köməkçisi Vigen Sərkisyanı təyin etdi.
Bax indi Şuşanın Azərbaycan ordusunun qarşısıalınmaz və dünyanın nüfuzlu hərbi analitiklərini də heyran qoyan hücumundan müdafiə etməyi Ohanyan kimi hərbi müftəxora və şərəfsizə tapşırıblar...Necə deyərlər, tarixin sonudur-general-polkovnik indi bir qalanın komendantı olub. Şərəfsiz generalın şərəfsiz sonluğuna az qalır...