İcra başçısının müavini sahibkarlardan pul yığaraq obyekt tikdirir?
Tarix: 23-04-2015, 15:11 | Çap et
İcra başçısının müavini sahibkarlardan pul yığaraq obyekt tikdirir?
Lənkəran sahibkarları rayon İcra Hakimiyyətinin birinci müavini İlqar Dadaşovu şəhərin abadlığı üçün toplanan vəsaitləri öz obyektlərinə sərf etdiyni idda edirlər
Sahibkarlar bildirirlər ki, birinci müavin İlqar Dadaşov son üç ayda 2 dəfə sahibkarlardan vəsait toplayıb və başçı müavini həmin vəsaitləri parkın abalaşdırılması üçün toplandığını iddia etsə də, əslində vəsaitləri öz obyektlərinin tikintisinə sərf edir.
Bu barədə Lənkaran rayonundan AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, icra başçısının müavini Lənkəran şəhərində fəaliyyət göstərən obyekt sahiblərindən 300 manatdan başlayaraq 2000 min manata qədər pul yığır. Başçı müavini aldığı vəsaiti Lənkəran şəhərinin abadlaşdırılmasına istifadə olunacağını deyib. Lakin mənbənin məlumatına görə İlqar Dadşov sahibkarlardan topladığı vəsaitin bir hissəsini özünə məxsus olan obyektlərə sərf edir. Belə ki, başçı müavinin sahibkarlardan yığdığı pulların bir qismini rayon mərkəzində tikdirdiyi yeni mağazaların inşasına xərclədiyi iddia olunur.
Qeyd olunur ki, bu yaxınlarda şəhər mərkəzindəki parkda məhf edilən xiyabandakı yaşıllıqların yerində tikilən obyektlərdəndə bir neçəsi məhz ilqar Dadaşova məxsusdur və hazırda başçı müavini həmin ərazidə bir neçə mağaza inşa etdirib. Elə həmin mağazaların inşası üçün də başçı müavini kiçik sahibkarlardan tutmuş hətta rayonda ciddi biznesla məşğul olan iş adamlarından da pul toplayır. İlqar Dadaşov həmin vəsaitlərin şəhərin abalaşdırılması üçün toplandığını iddia etsə də, əslində vəsaitləri öz obyektlərinə sərf edir.
Məlumatda bildirilir ki, İlqar Dadaşov inşa etdirdiyi bütün obyektləri son bir ayın içində yaxınlarının adına sənədləşdirərək qanuniləşdirib. Mənbə qeyd edir ki, “birinci müavin hər gün işdən sonra tikdirdiyi obyeklərdə tikintinin necə getməsi ilə maraqlanır”. Məsələnin qaranlıq tərəfi isə başçı müavinin tez-tələsik obyektlərini öz yaxınlarının adına sənədləşdirməsidir. Bu qaranlıq məqamla bağlı isə növbəti sayımızda oxucularımıza təfərrüatlı məlumat verəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net