Kürdəmirdə insanların həyatı təhlükədədir
Tarix: 17-06-2020, 14:41 | Çap et
Kürdəmirdə insanların həyatı təhlükədədir

Kürdəmirdə məişət tullantıları paliqonu rayon sakinlərinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, illərdir, yığılan tullantıların gecələr naməlum şəxslər tərəfindən yandırılması isə anti-sanitar vəziyyəti daha da çətinləşdirir.

Rayon sakinləri dəfələrlə adiyyatı qurumlara məlumat versələr də, indiyə qədər heç bir tədbir görülməyib.

Nəzərə alsaq ki, yay aylarında Kürdəmirdə 45-50 dərəcə isti olur və zibil paliqonundan qalxan tüstünün yaratdığı anti-sanitar vəziyyət COVİD-19 pandemiyasına qarşı aparılan tədbirləri arxa planda qoyur.

Hər gün poliqonda yandırılan yanğının tüstüsü rayonun yarıdan çox hissəsini əhatə edir.

Mütəxəsislər isə ərazidəki mövcud vəziyyətin azyaşlı uşaqlar, eləcə də tənəffüs yolları xəstəliyindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yaradacağını bildirilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net