Göyçayda bazar ərazisində yanğın başlayıb - YENİLƏNİB - FOTO
Tarix: 8-06-2020, 17:56 | Çap et
Göyçayda bazar ərazisində yanğın başlayıb - YENİLƏNİB - FOTO

Göyçay rayonunda bazar ərazisində baş verən yanğın lokallaşdırılıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Göyçay rayonunda bazar ərazisində yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. "Göyçay-Bazar" ASC-nin ərazisində yerləşən geyim əşyaları mağazaları və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə baş verən yanğının söndürülməsinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər görülür.

Şahnəzər Bəşirov




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net