Gəncədə işıqlandırmaya və abadlığa 4 milyon manatdan çox pul xərclənəcək
Tarix: 8-06-2020, 10:18 | Çap et
Gəncədə işıqlandırmaya və abadlığa 4 milyon manatdan çox pul xərclənəcək

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçələrin işıqlandırma sistemlərinin yenilənməsi (1) və abadlıq-quruculuq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Göygöl təmir-tikinti təchizat T.R." və “Ərdagı” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,1 milyon manat və 3,2 milyon manat, ümumilikdə isə 4,3 milyon manat ödəniləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net