Masallının görməli günləri var imiş... - ATMACA
Tarix: 8-06-2020, 09:59 | Çap et
Masallının görməli günləri var imiş... - ATMACA

Hər dövrdə icra aparatında çalışan yaxşı və pis kadrlar olub. Lakin, Masallı Rayon icra Hakimiyyətinin aparatı məncə indiyə kimi belə zəif heyətlə fəaliyyət göstərməmişdi.

Bir qədər keçmişə nəzər salaq. Masallının baş idarəsində, yəni keçmiş Rayon Partiya Komitəsində və onun əvəzləyən indiki icra Hakimiyyətinin aparatında 1-ci şəxsdən sonra rayonda kifayət qədər söz sahib olan şəxlər çalışıb. Belələrinə Daxıl Əzimovu, Əli Əlişovu, İltifat Məmmədovu, Maşalla Kərimovu, Həsənağa Abıyevi, Nəsir Muxtarlını, Seymur Nuriyevi misal gətirmək olar. (Arabır, 1-ci çəxsdən sonra 2-ci katib, müavin vəzifələrində çox zəif kadrlar da düşüb). Lakin baş idarənin “vəzir – vəkilləri” indiki qədər Masallıdakı kimi aşağı ranqlı olmayıb.

3 aydır ki, Nadir Abiyevdən sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə kadr tapılmır. (Əslində bu vəzifənin əvvəlki sahibi 10 ildən artıq idi ki, o binada elə oynaya-oynaya “mars” olmuşdu).
Digər müavin Adəm Məhərrəmov rəsmi ölçülərə görə normal kadrdır. Yəni, komsomolun 1-ci katibi, sovxoz direktoru, icrada şöbə müdiri və s. işləyib. Normal sadəliyi, səmimiliyi də var. Keçmiş iş yoldaşı kimi hörmətimizi də saxlayır.
Lakin onda rəhbərə məxsus intellektuallıq, normal natiqlik, eləcə də işində dəqiqlik, geniş dünyagörüş, qısası, peşəkarlıq çatışmır. “Xoşbəxtliyi” isə ondadır ki, Sokrat demişkən, bilmir ki, çox şeyi bilmir.

İdeoloji sahəyə rəhbərlik edən, hümanitar məsələlər üzrə müavin Aybəniz xanım Qafarovanın fəaliyyəti isə sadəcə acı gülüş doğurur. Hələ məktəb direktoru işləyəndə onun fəaliyyəti ciddi tənqid hədəflərindən biri idi. Onunla bağlı yuxari təşkilatları saysız şikayətlər-filan. Müavinliyi də heç nə ilə yadda qalmır. Çox yerdə ”Bilirsiniz , mən kiməm?” deyib özünü öyən bu xanım öz kimliyini hər hansı yadda qalan bir müsbət işdə göstərə bilməyib.
Mən bir il öncə Masallılar.az saytının təqdimatı zamanı atdığı ucuz addımlara görə FB səhifəmdə onun haqqında kifayət qədər sözümü demişdim. Nəticə çıxartmaq əvəzinə, orda-burda arxamca hədə biçdi. Sonralar bir mətbuat işçisi kimi hətta məlumat almaq üçün onu etdiyim zənglərə cavab vermədi. Necə deyərlər, mənlə YAMANDIR.

Şəxsən, mənim böyük şübhələrim var ki, istər Adəm Məhərrəmov, istər Aybəniz Qafarova son illər hansısa ciddi bir kitabı mütaliə edib, yaxud yeni texnologiyalara yiyələnib

Aparatdakı bütün işçilərin zəhmətin yerə vurmaq istəməzdim. Aşağı “qat”da bir neçə nəfərin səviyyəsini dəyərləndirməmək günah olardı. Deməyimiz isə odur ki, yuxarı pillədə post tutan müavinlər isə o vəzifələrin fövqündə dayanan adamlar deyil.

Birincisi, bu şəxslər vəzifə səlahiyyətlrin dəqiq bilmədikləri üçün normal, düşünülmüş və dəqiq tapşırıqlar verə bilmirlər.

İkincisi, özləri hədsiz zəif olduqları üçün ətraflarına özlərindən də zəifləri toplayırlar ki, guya güclü görsənəcəklər.

Tutaq ki, sabah 5-10 müstəqil, ciddi tənqidi fikirli adamlarla qarşılaşası olsalar, bu şəxslər onlarla hansı “dildə” danışacaqlar?

Hələ bunlarıın internet resursalından necə zəif, primitiv faydalandıqlarına demirəm.

Hazırda icra başçsının paklıq siyasəti barədə ilk addımlarını atmağa çalışır – təhsil sahəsində, kadr təyinatında və sair sahələrdə. Bu, alqışlanmalıdır.

Amma, siz inanırsınız ki Adəm Məhərrəmov Aybəniz Qafarova bu paklıq siyasətinin önünüdə gedəcək?

Nəzərə alsaq ki, hazırda 5 ərazi nümayəndəsinin yeri boşdur (Ərkivan, Qızılağac, Yeddoymaq, Şıxlar, Mahmudavar) və ciddi araşdırmalar gedir. Bu postlara kimlərin və hansı şərtlərlə təyin olunacağı da çox mətləblərə aydınlıq gətirəcək.

Daha bələdiyyə sədrlərindən danışmırıq. 2-3 nəfər istisna olmaqla, onların fəaliyyətində söz açmaqdansa, cizgi filminə, ya da kukla teatrana baxmaq daha faydalıdır

Bax, Masallı icra hakimiyyəti belə komanda elə “kommunizmə” gedir.

İcra Başçisi və komandası bu günlər, necə deyərlər, yorulmadan, gecə gündüz işləyir. Bəs nəticə? Burokratiya, şablonçuluq az qala adi iş normasına çevrilib və əslində işə mane olur.

Bir-iki nümunə deyək.

İyunun 6-da icra başçısı növbəti onlayın görüş keçirib. (Ötən dəfə planlaşdırılmamaış sual verdiyim üçün bu dəfə “qara” siyahıya salıb, məni dəvət etməmişdilər).

Tədbirdən yayılmış xəbərə diqqət yetirək:

“06 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın növbəti onlayn müşavirəsi keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 03 iyun 2020-ci il tarixli məlumatı ilə əlaqədar təşkil olunan müşavirəyə RİH başçısı Şahin Məmmədov, Qərargah üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər qoşulub.
Müşavirə zamanı rayon rəhbəri bildirib ki, COVID-19 virusunun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Belə ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılaraq qısaldılmış iş rejimi müəyyən edilib.
Müşavirənin sonunda rayon rəhbəri sakinləri sosial məsuliyyətdən irəli gələn həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, sağlamlıqlarını qorumağa çağırıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib”. Vəsallam.

Göründüyü kimi onlayın görüşdə heç kim çıxış etməyib, heç kim sual verməyib, heç kimin rəyi öyrənilməyib. Əgər, ölkə mətbuatından hamıya bəlli məlumatları deməklə icra başçı elə tək özü danışacaqdısa ( əksər görüşlərində belədir) daha 100-dən artıq insan niyə işin-gücün atıb zoom-a qoşuilur? Elə icra başçısının 30 dəqiqəlik bir video-çıxışı yazılıb, əlaqədar şəxslərə göndərilməklə bu söhbəti bağlmaq olardı.

3 aydan artıqdır ki, rayonda Operativ Qərargah fəaliyyət göstərildiyi deyilir. Onlar kimlərdir, həmin şəxslərlə necə əlaqə saxlamaq olar bilinmir?

Qərargah üzvlərinə isə ölkə mətbuatı səviyyəsində suallar var-

1) Gündə nə qədər test aparılır,

2) Gün ərzində yoluxanlar hansı rayon-şəhərlərdəndir,(hansı qəsəbə və kəndlərddəndir)

3) Yoluxmanın hansı şəraitdə olma ehtimalı haqqında məlumat bazası varmı,

4) Yoluxanların kontaktda olduğu insanların təqribi sayı varmı?

5) Son 5 gündə yoluxma artıbsa, deməli bu son 20 gündə baş verən yoluxmadır. Son 20 gündə yoluxanlar arasında xaricdən ölkəyə gətirilən vətəndaşlarımız neçə faiz təşkil edir?

Bunu bilsək, yumşalma tədbirlərinin təsirini də ölçə bilərik. (Ayna.az)

Gileylər sırasına onu da əlavə edim ki, icra hakimiyyətində tərif və tənqid üzrə ixtisaslaşan “xüsusi təyinatlıları” da zəif işləyir. İstər tənqid, istər tərif yazanların əksəriyyəyiti eyni adamlardır, işlətdiyi ifadələr də təxminən eynidir. (Bu isə ayrıca mövzunun söhbətidir)

Son əvəzi.

Yazılası, deyiləsi, çoxlarının bildiyi, lakin susduğu o qədər söhbətlər var ki, hamısını yazsaq, bir çoxunun qızması qalxar. Bu da ki pandemiya dövründə ağxalatlıların qapınızda peyda olması deməkdir.

Həm də nəzərə alırıq ki, qəşəng yaz havasıdır, çoxları “yatıb”. “Qışqıran” xəbərlər yazıb onları oyatmayaq, aşkarlıq, şəffaflıq, açıq hökumət (bu barədə ölkə başçısınınm sərəncamı olsa da) söhbəti deyəsən, bizlik deyil.

Hələlik, özümüzə təsəlli verək ki, yaxın vaxtlarda şəhər mərkəzində 20-yə yaxın küçəyə asfalt vurulacaq, rayon üzrə 10-a yaxın uşaq bağçası tikiləcək.

Qeyd: Yazdıqlarımdan da heç kim inciməsin, kefinə almasın. Bazar günü idi, bekarçılığıma düşdü, yazdım. Saqlıqla qalın.

Zahir Əmənov, cenub.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net