Gəncədə küçəyə çıxmaq qadağasının ikinci günü - FOTO
Tarix: 7-06-2020, 11:54 | Çap et
Gəncədə küçəyə çıxmaq qadağasının ikinci günü - FOTO
6 iyun, saat 00:00-dan 8 iyun, saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunmağa başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumat görə, respublikanın digər dörd regionunda olduğu kimi, Gəncədə də karantin rejimi sərtləşdirilib:

“Əhali yalnız xüsusi icazə ilə küçəyə çıxır. Gəncə şəhər polis idarəsinin tabeliyində olan qurumların əməkdaşları və DİN-in Daxili Qoşunların hərbçiləri şəhərin küçə və prospektlərində xidmət aparırlar.

İcazəsiz olan vətəndaşlar barəsində qanuna müvafiq tədbirlər görülməyə başlanılıb”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net