Sumqayıtda xüsusi karantin rejiminin tələblərini pozan 155 nəfər cərimələnib, 3 nəfər həbs olunub
Tarix: 6-06-2020, 19:16 |
Çap et
Sumqayıt şəhərində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən ümumilikdə 155 nəfər cərimələnib.
Bu barədə APA-nın yerli bürosuna Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfər isə inzibati qaydada 15 sutkalıq həbs olunub.