Ay tutulması Azərbaycanın bölgələrində də izlənilir - FOTO + YENİLƏNİB
Tarix: 6-06-2020, 00:59 | Çap et
Ay tutulması Azərbaycanın bölgələrində də izlənilir - FOTO + YENİLƏNİB
İlin ikinci ay tutulması Azərbaycanın Qərb bölgəsində də izlənilir.

“Report”un Qərb mərkəzinin məlumatına görə, Qazax, Ağstafa, Tovuz rayonlarında Ay tam görsənsə də, digər ərazilərdə, həmçinin Gəncə şəhərində göy üzü buludlu və buludlu olduğundan Ayın izlənilməsi tam mümkün deyil. Lakin arabir buludların arasından Yerin təbii peykinin müşahidəsi mümkün olur.

Ay tutulması şimal-qərb bölgələrində də izlənilir. Lakin respublikanın şimalında Ayın tutulmasını izləmək mümkün olmayıb. Təbiət hadisəsi havanın buludlu və yağıntılı olması səbəbindən respublikanın şimal bölgəsində müşahidə olunmayıb

Oxu.Az-ın məlumatına görə, ikinci Ay tutulması iyunun 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayır və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq.

Bu hadisə Azərbaycan ərazisindən də müşahidə olunur.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş vermişdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net