Azərbaycanın işğal altında olan ərazilərində 46 nəfər koronavirusa yoluxub
Tarix: 2-06-2020, 16:21 | Çap et
Azərbaycanın işğal altında olan ərazilərində 46 nəfər koronavirusa yoluxub
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 46 nəfərə çatıb.

Bildirilib ki, virusa yoluxanlardan 26 nəfər sağalıb.

Hazırda 100 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net