Şəkidə mal-qara otaran 18 yaşlı gənci ilan sancıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saat 22:00 radələrində Şəki rayonunun Bideyiz kənd sakini, 2002-ci il təvəllüdlü Cəlal Rafiq oğlu Mustafayev ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, C.Mustafayev kəndin yaxınlığında meşəlik ərazidə mal-qara otaran zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən C.Mustafayevə lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
Onun vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir.