Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.
Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib.