Şəmkirin icra başçısı üçün HƏBS TƏHLÜKƏSİ
Tarix: 26-05-2020, 09:19 |
Çap et
Həm yerli sahibkarlarla problem yaşayan və həm də elə rəhbəri olduğu rayonda total narazılığa səbəb olan və tutduğu vəzifəsinə bir qazanc mənbəyi kimi baxan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun başı üzərini qara buludlar alıb. Belə ki, son DTX həbslərinin ardından onun da barəsində hüquqi işləm başladılacağı xəbəri yayılsa da, bu vaxta qədər keçmiş vergi işçisi olan Şəmkir şefi toxunulmaz olaraq qalmışdı.
Aldığımız son məlumata görə, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Bakıya dəvət olunub.
Vertikal.Az-a bu haqda məlumat Şəmkirdəki qaynaqlardan daxil olub.
Xatırladaq ki, son günlər Alimpaşa Məmmədovla bağlı yerli KİV-də saysız şikayətlər yaylıb. Məhz bu səbəbdən Şəmkir RİH rəhbərinin "silisə çəkiləcəyi" iddia olunur.
Onu da qeyd edək ki, Alimpaşa Məmmədov bu halına da şükür etməlidir.
Çünki başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... Özü də qara maskada...
Əlavə məlumatımız olacaq.
Qarşı tərəfin də münasibətini yaymağa hazırıq.