Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu
Tarix: 20-05-2020, 11:03 | Çap et
Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu

Göyçay Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə çıxarılaraq oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.

Göyçay RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net