Marneulidə sərt karantin rejimi ləğv olundu
Tarix: 18-05-2020, 00:56 |
Çap et
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda martın 23-dən davam edən sərt karantin rejimi ləğv olunub.
“Report”un yerli bürosu xəbər verir ki, rayonun girişindəki xüsusi nəzarət-buraxılış məntəqəsi yığışdırılıb.
Yerli vaxtla saat 06:00-dan etibarən Marneuli sakinlərinin azad hərəkəti mümkün olacaq.
Bu gündən qonşu ölkədə bir sıra məhdudiyyətlər də götürülüb. Gözəllik salonları, estetik mərkəzlərin fəaliyyəti bərpa olunub, üç nəfərdən artıq insanın bir yerə toplaşması qadağası ləğv edilib.
Qeyd edək ki, martın 23-dən Bolnisi rayonu da sərt karantin zonası elan edilib. Lakin son günlər rayonda koronavirusa yoluxma halları artıb. Bu səbəbdən Gürcüstan hökumətinin qərarı ilə bu gündən başlayaraq bələdiyyədə əlavə karantin qaydaları tətbiq ediləcək.