Qazaxda xanım müavinin baxça monopoliyası: Nələr baş verir?
Tarix: 21-05-2019, 06:51 | Çap et
Qazaxda xanım müavinin baxça monopoliyası: Nələr baş verir?
Hər bir millətin, hər bir ölkənin ən dəyərli sərvəti uşaqlardır. İstənilən cəmiyyətdə uşaqların mənəvi və fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin inkişafı ilə bağlı olan strateji vəzifədir. Uşaqların xoşbəxt böyüməsi cəmiyyətin mənəvi, siyasi və sosial-iqtisadi inkişafının vacib meyarı və göstəricisidir. Çox təəssüf ki, bəzi məmurlar bu strateji məqamada öz maraqları çərçivəsində yanaşırlar. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, Qazaxın uşaq bağçaları böyüklərin yem mənbəyi kimi xidmət göstərir.

Mənbənin redaksiyaya bildirdiyinə görə Qazax rayon 3 saylı baxcada müəllimlərin məsuliyyətsizliyi üzündən uşaqlardan biri ağır xəsarət alıb və uşağın ağzını tikmək üçün dişini çıxarmaq məcburiyyətində qalıblar. 4 saylı baxçada işləyən müəllimlərin bəzilerinin isə heç bir təhsili yoxdur, 3 aylıq kurs bitirməklə muəllimə işləyirlər( mənbə misal olaraq Dilarə muəllimənin adını çəkir-red.) Cumhuriyyet.az-a verilən məlumatda bildirilir ki, digər baxçaları da axtarsaq ixtisas sahibləri çox azdı, qeyri ixtisas sahibləri ştata oturublar, buna misal üçün “Çinar dibi” deyilən 5 saylı baxçada mamacalıq bitirən Aygün melliməni göstərmək olar ki, o hazırda qurup muəlliməsi kimi işləyir. Sözügedən 5 saylı baxça ilə bağlı digər bir məlumatda bildirilir ki, bir neçə gün öncə burda Zülfiyyə və Gülbəniz adlı iki muellime arasında qalmaqal yaşanıb. Dava o dərəcəyə çatıb ki , Gülbəniz muəlliməni təcili yardımla evlərinə apariblar. Mənbənin cumhuriyyet.az-a dediklərinə görə, BDU-nun Qazax filialinda labarant işləyənlər, ordan ixtisara düşənlər hamısı hörmət sayəsində baxça mudurəleri işləyirlər. Bu sırada mənbəmiz, 1 saylı baxçanın müdirəsi İradə müəlliməni, 3 saylı baxçanın mudurəsi Elnarə müəlliməni misal göstərir.
Qazax baxçaları ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda daha bir ilginc məqam Qazax şəhər 2 saylı korpələr evi ilə bağlıdır. Mənbənin dedikləri: “Uşaq baxçasinda əvvəl müdir işləyən Səyalı xanımı başçı işdən çıxararkən müdirənin qohumu müavin Gulaye ona soz vermişdik nə vaxtsa sənin gəlinini müdür qoyduracam, elə də oldu. Sayalı xanımdan sonra bir başqası müdür oldu, onu da cıxardıb yerinə Sayalı xanımın gəlini Gulnarı getirdilər, bu müdir də gələnden işçilərə yuxarıdan aşagı baxır, anası yaşında olan aşbaz köməkçisinə padnosda yemeyi otağına gətirməyi tələb edir”.
Baxçaların taleyi Qazax rayon İcra Hakimiyyəti Başçısının xanım müavini Gülayə Həsənovanın kurasiyasındadır. İcra başçısına bağçalar haqqındakı yanlış məlumatları başçıya o çatdırır. İxtisası düz gəlməyən kardları baxçaya hərəsini bir bəhanə ilə işə götüzdürür. Elə olur ki, Gülayə Həsənovanın marağında olan kadr icra başçısını qəbuluna salınır. Öyrədildiyi kimi başçının yanında ağlayıb, sızlayır. Kadrın bu halına acıyan icra başçısı bu işə nəzarət edən Gülayə Həsənova ilə məsləhətləşir. Bu iş başadan razılaşdırıldığından Gülayə Həsənova da müsbət rəyini bildirir. Beləcə kmiliyindən, bacarığından və ixtisasından asılı olmayaraq kadrlar baxçaya işə düzəldilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net