İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun yaxın günlərdə vəzifədən uzaqlaşdırılacaq.
Bu barədə mötəbər mənbə məlumat verir.
Məlumata görə son illər İsmayıllı rayonunda iqtisadi geriləmənin olması, rayon əhalisinin sosial vəziyyətlərinin sürətlə pisləşməyə doğru getməsi artıq hakimiyyətin yuxarı instansiyalarını hərəkətə keçirib. Mirdaməd Sadıqovdan əvvəl İsmayıllıya rəhbərlik edən Nizami Ələkbərovun vaxtında rayon əhalisinin sadə təbəqəsi məzlum günündə yaşayırdısa, indi İsmayıllının qismən imkanlı təbəqəsi-iş adamları da rayon rəhbərliyinin ucbatından səfil gününə düşüblər.
Qeyd edək ki, bir müddət öncə İsmayıllı rayonundan tanınmış iş adamı Vidadi İsgəndərov ölkə rəhbərliyinə video müraciət edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun onu aldadaraq müflis etdiyini bildirirdi.
Xatırladaq ki, ötən ayın 29-da İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov rayonda fəaliyyət göstərən sahibkarardan külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilərək həbs edilib.
Bu faktın özü İsmayıllı rayonunda rüşvət və korrupsiya faktının və həm də İcra Hakimiyyətinin başçısının rayona nəzarət edə bilməməsinin bariz nümunəsidir.