Bərdədəki məcburi köçkünlər Vidadi İsayevdən şikayətçi düşdü
Tarix: 15-04-2015, 15:35 | Çap et
Bərdədəki məcburi köçkünlər Vidadi İsayevdən şikayətçi düşdü
Bərdə rayonunun Kətəlparaq kəndində Ağdam və Kəlbəcərdən olan 11 məcburi köçkün ailəsinin məskunlaşdığı məktəb ərazisi ilanların hücumuna məruz qalıb. Ərazidə məskunlaşan sakinlər Bizimxeber.az-a bildiriblər ki, real təhlükə ilə üzləşiblər. Məcburi köçkün Aidə Hacıyevanın sözlərinə görə, ilanlara görə uşaqları evdən həyətə buraxa bilmirlər: “İlanlar uşaqların ətrafında dolanırlar. Qonşuların köməyi ilə ilanlardan bir neçəsini öldürmüşük”.
Məcburi köçkün Aynurə Yahıyayevanın bildirdiyinə görə, ilanların evlərə girməsinə səbəb onların 20 ildən çoxdu ki, yaşadıqların evlərin torpaqdan olmasıdır. Torpaqdan tikilən evlərin hasarlarında ilanlar özlərinə məskan salıb. Sakinlər ilanların belə tez çıxmasının səbəbini yaxınlıqda yerləşən köhnə məktəb tikilinin sökülməsində görürlər. Sakinlər ilanları özləri məhv etsələr də kəndlərdə sürünənlərin sayı günü gündən artır.
Cətin durumda yaşayan diğər şikayətçilər dəfələrlə bu və diğər problemlərin həlli üçün rayon icra hakimiyyətindən kömək istəsələr də heç bir nəticəsi olmayıb.
Belə ki, Bizimxeber.az-a verilən məlumatda qeyd olunur ki, icra başçısı V.İsayev ümumiyyətlə, kəndlərə getmir və insanların yaşayış səviyyəsi ilə maraqlanmır. Başı rayonda öz biznesinə, idarə və təşkilatlardan gələn 30 faizə (?) qarışan icra başçısı üçün kəndlərdə inasanların, əsasən də məcburi köçkünlərin necə yaşaması maraqlı deyil. Əsas odur ki, Bərdədəki Heydər parkındakı obyektlər işləsin (bu barədə araşdırmalardan sonra ətraflı məlumat verəcəyik…) pul gətisin…
Çıxılmaz vəziyyətdə qalan, ilanların əhatəsində yaşayan məcburi köçkün ailələri isə ölkə prezidenti İlham Əliyevdən kömək istəyirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net