Cəlilabadda fironluq edən İlqar Həsənov kimdir?
Tarix: 24-03-2017, 08:41 |
Çap et
Cəlilabad rayonu Göytəpə qəsəbəsinin sakinləri yerli məmurlardan şikayətçidirlər.
AFN xəbər verir ki, facebookda böyük auditoriyaya malik olan "Cəlilabadımız" səhifəsində sakinlərin şikayət videosu paylaşılıb. Videodan da göründüyü kimi, onlarla qəsəbə sakini mal-heyvanlarının otlaq sahəsinin əllərindən alındığını deyirlər. Bildirirlər ki, İlqar Həsənov (?) otlaq sahələrini əllərindən alır, özü də deyir ki, bu, yuxarıların tapşırığıdır. "Bizdən alır başqa rayonun adamlarına satır"-deyə sakinlər bildirirlər: "Biz prezidentimizdən və onun xanımı, 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik, bizə kömək etsinlər. Biz bu kiçik təsərrüfatla dolanışığımızı qurmağa çalışırıq. Bələdiyyə deyir ki, guya prezident qərar verib ki, mal-heyvanı ancaq bağlı şəraitdə, tövlədə saxlamalıyıq. Qoyunu, malı bağlı şəraitdə saxlamağımız, ondan xeyir görməyimiz qeyri-mümkündür. Bizim cəmi 7 hektar otlaq sahəmiz var, indi onun 1 hektarını satıblar, fərdi mənzil tikmək üçün Yardımlının, Lerikin adamlarına. İcra başçısına müraciət edirik nəticəsi yoxdur. İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciətlər ünvanlamışıq ki, bizim örüşümüzü özümüzə qaytarın".