Akim Bədəlov gəlirlərini hansı yolla artırır?
Tarix: 3-06-2016, 10:05 | Çap et
Akim Bədəlov gəlirlərini hansı yolla artırır?
Energetika Nazirliyinin nəzdindəki Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və onun sədri Akim Bədəlovla bağlı son zamanlar bir sıra xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, sabiq dövlət katibi, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin mərhum rəhbəri, «Xəzər» Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin yaradıcısı Tofiq İsmayılovun ailəsinin bir müddət əvvəl Akim Bədəlovun onları aldadaraq, saxtakarlıq nəticəsində atalarına məxsus mərkəzi qanunsuz yolla özəlləşdirdiyini bildirdiklərini deyən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyaya görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri adıçəkilən mərkəzi ələ keçirdikdən sonra ölkənin müxtəlif rayonlarında iri həcmli tikinti layihə işləri həyata keçirdib. Mənbə iddia edir ki, həmin layihələrdən külli miqdarda qazanc əldə edən Akim Bədəlov sabiq MTN naziri Eldar Mahmudov və Akif Çovdarovla sıcaq ilişkilərə sahib olub: «Deyilənlərə görə, məhz elə bu səbəbdən də o, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə keçdikdən bir müddət sonra bacısı oğlu Pərviz Vəliyevi MTN sıralarında xeyli irəli çəkməyə müvəffəq olub. Bildirilir ki, bu işdə ona Eldar Mahmudov və Akif Çovdarov yaxından köməklik göstərib. Nəticədə Akim Bədəlovun bacısı oğlu MTN-nin Hava Limanı İdarəsinin rəisi vəzifəsinə yiyələndi». Bu arada, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin hazırda paytaxtda 20-dən çox obyektinin olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, bununla yanaşı, Akim Bədəlovun Göygöl, Şamaxı, Qax və Quba rayonlarında yay evləri, villaları, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakıda 10 dan çox evi, Novxanıda dəniz kənarında milyonluq villası, İstanbulda, Londonda mənzilləri və digər daşınmaz əmlakları mövcuddur: «Hələ bu, harasıdır. Deyilənlərə görə, Akim Bədəlovun oğlu Aqşin Bədəlov qiyməti 150 min manat olan avtomobildə gəzir. Onu da nəzərinizə çatdırım ki, oğul Bədəlov yay aylarında istirahətini xarici ölkələrdə, ən bahalı və prestijli məkanlarda keçirir, bu zaman külli miqdarda vəsait xərcləyir». Ali Məhkəmənin sədri Ramiz Rzayevin Akim Bədəlovun qudası olduğunu bildirən mənbə iddia edir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri üzləşdiyi bir sıra problemləri məhz qudasının adından istifadə etməklə yoluna qoymağa müvəffəq olur: «O da bildirilir ki, Akim Bədəlov ötən ilki devalvasiyalardan sonra ölkədəki danışmaz əmlakının bir hissəsini satışa çıxarıb əldə olunan vəsaiti müxtəlif yollarla xaricə daşıyıb. Deyilənlərə görə, bu işdə ona bacısı oğlanları «Azalternativenerji» MMC-nin sədri Rizvan Vəliyev və Hava Limanı İdarəsinin sabiq rəisi polkovnik Pərviz Vəliyev yaxından köməklik göstərib. Bundan sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Türkiyəyə və Avropa ölkələrinin birində turizm şirkəti yaradıb, onun idarəsini isə yaxınlarına həvalə edib. Bütün bunlar onu deməyə əsas verir ki, Akim Bədəlov rəhbərlik etdiyi qurumu şəxsi obyektinə çevirib və bu yolla külli miqdarda gəlir əldə edir. Belə ki, o, agentliyin sifarişlərini məhz özünə və yaxın adamlarına məxsus olan şirkətlərə gördürür. Misal kimi, «Xəzər-İnşaat» şirkətini göstərmək olar. Bu şirkət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin podratçı şirkətidir və Qobustanda, Abşeronda, eləcə də digər rayonlarda görülən işləri məhz «Xəzər-İnşaat» həyata keçirir. Beləliklə də əldə olunan gəlirlər birbaşa Akim Bədəlovun şəxsi büdcəsinə daxil olur». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net