İcra başçısı ilə təhsil şöbəsi müdirinin sensasion korrupsiya əməliyyatı
Tarix: 14-04-2015, 10:37 |
Çap et
Füzuli rayon Təhsil Şöbəsi müdhiş korrupsiyaya yol verib.
Tia.az-a daxil olan məlumatda belə deyilir. Təhsil Şöbəsinin müdiri Almaz Həşimovanın tender əməliyyatlarında rəvac verdiyi korrupsiya və maliyyə maxinasiyaları hüquq-mühafizə orqanlarının da diqqətindən yayınmayıb.
A.Həşimovanın tender əməliyyatları ilə bağlı Füzuli rayon Prokurorluğundan da açıqlama verilib. Prokurorun köməkçisi Vaqif Bayramov faktların araşdırılacağını deyib. Xəbərdə deyilir ki, Füzuli rayon icra başçısı Alı Alıyev Almaz Həşimova ilə əlbir olaraq külli miqdarda dövlət vəsaitini bilinməyən hesablara köçürüb. Həmin hesabdakı pullar bir qələmdə silinərək həzm-rabedən keçirilib.
İcra başçı ilə şöbə müdiri 2011-2012-ci illərdə 100 min manatlarla dövlət vəsaitini mənimsəyib. 17 il Füzuliyə rəhbərlik etmiş Nəbi Muxtarovdan sonra Meliorasiya və Su Təsərrufatı İdarəsinin müdiri olan Alı Alıyev icra başçısı təyin olunduqdan sonra bu işlərə başlayıb.
Onun ilk işlərindən biri İnternat məktəbinin direktoru Almaz Həşimovanı Füzuli rayon təhsil şöbəsinin müdiri təyin etdirmək olub. Bundan sonra isə ikili bir rayona ayrılan maliyyə vəsaitlərini öz şirkətlərində silməklə məşğul olublar.
Təkcə 2011-ci illərdə Füzuliyə ayrılan tenderlərin hardasa 90 faizi məhz təhsil şöbəsinə aiddir. 2011-ci ildə Füzuli rayonuna ayrılan 20 tenderdən 17-si təhsil şöbəsini əhatə edir.
Cəmi 156 529.47 manat olan bütün 17 tenderi məhz Almaz Həşimovaya məxsus olan "Valeh-H” MMC, "Ülkər-H” MMC, Vüsal84 MMC, "Nəfs-RR” MMC firmalarıdır.
Rayona ayrılmış digər 3 tenderi isə "təsadüfdən” Alı Alıyevə məxsus olan şirkətlər udub. Lakin bu tamamilə ayrı bir mövzu olduğuna görə, bu məsələni gələcək yazılarımızda araşdıracağıq. Növbəti yazıda A.Həşimovanın tenderlərinin şok siyahısını dərc edəcəyik.