Elmar Vəliyevin 100 min dollarlıq qol saatları - FOTO
Tarix: 7-03-2016, 09:50 |
Çap et
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dəyəri yüz min dollardan baha olan qol saatlarının fotoları yayılıb.
Qaynar.info xəbər verir ki, foto qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Maraqlı burasıdır ki, İcra hakimlərinin rəsmi maaşı 1450 manat təşkil edir.
Bu zaman sual yaranır, Elmar Vəliyev hansı pulla yüz minlik saat taxır? Bu saata verilən pulla görə, Gəncə sakinlərinin cibinə girilməyibmi?
Son olaraq xatırladaq ki, son həftədə prezident İlham Əliyevin sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb. Sərəncama səbəb isə həmin icra başçılarının etimadı doğrultmamasıdır.
Görünür Elmar Vəliyevin də xanlıq dövrünə az qalıb. Ən azı bu saatlarla verilən pullar onun vəzifədən getməsi üçün başlıca səbəbdir.