Ziya Məmmədovun qohumu bahalaşmaya necə rəvac verir...
Tarix: 13-04-2015, 16:47 |
Çap et
Ucarın icra başçısından şikayət var.
Mənsur Məmmədov özünə aid ticarət mərkəzlərində süni qiymət artımına gedib. Tia.az-a yerli sakinlərin verdiyi xəbərə görə, icra başçısının şəxsi super-marketləri var. Bu mağazalarda bahalaşma müşahidə olunur.
Sakinlər də narazılıq edirlər. Prezident Nazirlər Kabinetində keçirilən son iclasda deyib ki, süni bahalaşmaya imkan verilmədi. Amma icra başçısının mağazaları istədiyini etməkdədir. Həmin mağazalar M.Məmmədova aid olsa da, ayrı-ayrı sahibkarlar tərəfindən idarə olunur. Göyçayın icra başçısı Mənsur Məmmədov Ucara, Ucarın icra başçısı Yaşar Məmmədov isə Qubaya icra başçısı təyin edilib.