Bərdənin mərkəzində 30 illik ağaclar məhv edilir
Tarix: 9-04-2015, 14:47 |
Çap et
Bərdə rayonunun mərkəzində yaşıllıq kütləvi şəkildə məhv edilir. Rayon poçtunun qarşısındakı ağaclar kəslib, kökündən çıxarılır.
Bu barədə yerli şəhər sakinləri məlumat verib.
Məlumatda qeyd olunur ki, icra hakimiyyətinin başçısı Vidadi İsayev poçtun qarşısındakı ərazini hansısa iş adamına satıb. İş adamı isə orada tikinti aparmaq üçün 30 il bundan əvvəl əkilmiş cökə ağaclarını kəsərək məhv edir. Sakinlər yaşıllığın məhv edilməsindən narazı olsa da, buna məhəl qoyan yoxdur.
“Bu hərəkəti ilə İcra başçısı Ulu Öndər Heydər Əliyevə hörmətsizlik edir. O, ağacların kəsilməsinə şərait yaradır. Axı, Heydər Əliyev “ bir ağacı kəsən elə bil mənim qolumu kəsir” demişdi. Necə olur ki, Ulu Öndərin, yaşıllıqların məhhv edilməsi ilə bağlı söylədiyi bu məşhur kəlamları unudub ağacların qətliamına rəvac verirlər? ”- deyə mənbə bildirir.
Məsələyə aydınlıq gətirmək üçün Bərdə rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Sadiq Xəlilovla əlaqə saxalmağa çalışdıq. Təəssüflər olsun ki, icra hakimiyyətinin rəsmi saytında sektor müdirinə aid olduğu göstərilən mobil telefon nömrəsinin mövcud olmadığı aydın oldu.
P.S Məslə ilə bağlı Bərdə Rayon İcra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.(conflict.az)