Biləsuvarda müəllimləri narazı salan nədir?
Tarix: 22-12-2015, 11:09 | Çap et
Biləsuvarda müəllimləri narazı salan nədir?
Biləsuvar rayon İ. İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllimləri məktəb direktorunun qanunsuz əməllərinə görə Vertikal.az-a müraciət edib.

Təhsil işçilərinin sözlərinə görə, artıq 7 ildir ki, məktəbdə direktor təyin olunan Mənsurə Şahverənova ötən il şiddətli töhmət alsa da bundan nəticə çıxarmayıb. Orta məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Anar İmanov bildirib ki, direktor məktəbdə təhsil almayan uşaqların adına da sinif açır. Nazirlər Kabinetinin qərarına əsasən əvəz etmə yolu bir müəllim bir həftə ərzində ikinci iş yerində 6 saat , yəni il ərzində 240 saata qədər dərs yükü apara bilər.

Amma buna baxmayaraq il ərzində məktəb direktoru illik planı artıq norma ilə yerinə yetirərək bir həftə ərzində bu göstəricini 24 saata çatdırıb. Bunu bir tədris ili üçün hesablasaq yüksək bir məbləğ alınır.
2015-2016-ci Tədris ilində vakansiya üçün 10 saat dərs yükü ayrılsa da, bu dərs yükünü müəllim gələn şəxslə sövdələşərək 23 saata çatdırıb: “Bildiyimiz kimi, noyabr ayından başlayaraq məktəblər qış rejiminə keçib. Bununla əlaqədar olaraq müəyyən məktəblərdə istilik sistemi olmadığı üçün sinif otaqlarını isitmək üçün odun, neft yanacağı və peç verilir. Bu məktəblərlə yanaşı sənəddə məktəbimizə 9 m3 odun, neft yanacağı və və biri 45 azn olmaqla 17 peç verilməli idi. Peç və peç turbaları bir yana, uzun müzakirələrdən sonra cəmi bir “Qazel” markalı yük maşının yarı hissəsindən də az odun gətirilib. Nefti də müəllimlər öz puluna alıb. Halbuki bütün bunlar üçün büdcə ayrılıb və sadəcə odun üçün 690 manat nəzərdə tutulub. Bir ibtidai sinfin dərs yükünü iki müəllimə yazıb pulunu mənimsəyir”.

Direktor müavini məktəbdə yoxlama işlərinin aparıldığını bildirib: “Əslində, direktorun mənimsəmə əməlləri saymaqla bitməz. Hər vasitə ilə özünə xeyir qazanmaq istəyir. Hazırda məktəbdə yoxlama işləri gedir və komissiya var. Ümid edirik ki, bu dəfə haqq öz yolunu tapacaq. Məktəb kollektivi olaraq Təhsil Nazirliyindən məsələnin üstünə daha ciddi şəkildə düşməsini xahiş edirik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net