Yasamalın icra başçısından şəhid ruhuna sayğısızlıq
Tarix: 8-12-2015, 12:56 |
Çap et
Bakının Yasamal rayonu ərazisində şəhid abidəsi baxımsızlıq ucbatından zibilxanaya çevrilib.
Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində Qarabağ döyüşlərində şəhid olan Məhəmməddin Allahverdiyevin şərəfinə ucaldılan abidə sakinlər tərəfindən zibilxana kimi istifadə edilir.
Hətta küçələrdən yığılan zibillər şəhidin adını daşıyan abidənin ətrafında toplanıb.
Təəssüf ki, vətən uğrunda canını qurban verən şəhidimizin abidəsinə aidiyyatı qurumların biganə yanaşması bu mənzərəyə səbəb olub.