Sabir Rüstəmxanlının müavini Milli Şuradan çıxarıldı
Tarix: 4-11-2015, 10:42 | Çap et
Sabir Rüstəmxanlının müavini Milli Şuradan çıxarıldı
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri və sərd müavini Samir Əsədli Milli Şuradan çıxarılıb.

Vertikal.az lent.az-a istinadən xəbər verir ki, Milli Şuranın Koordinasiya Şurası noyabrın 1-də keçirilən parlament seçkilərində namizəd olduğu üçün Samir Əsədlinin qurumdan çıxarılması barədə qərar qəbul edib.

Məlumata görə, Milli Şura rəhbərliyi S.Əsədliyə parlament seçkilərində iştirak etməməsini tövsiyə edib. O, isə VHP-nin seçkilərdə iştirak qərarının olduğunu və seçkilərdə iştirak edəcəyini bildirib.

Samir Əsədli açıqlamasında Milli Şuradan çıxarıldığı təsdiqləsə də, bu barədə başqa heç nə deməyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net