“Parlament seçkilərini boykot edəcəyimiz barədə məlumatların əsası yoxdur”
Tarix: 2-10-2015, 13:09 |
Çap et
“Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarımız var və bu qərara uyğun addımlar atırıq”.
Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
O bildirib ki, KXCP-nin də təmsil olunduğu “Azadlıq - 2015” seçki bloku parlament seçkilərinə hazırlığını davam etdirir: “Bu baxımdan mətbuatda seçkiləri boykot edəcəyimiz barədə məlumatların heç bir əsası yoxdur. Biz qərarımıza uyğun olaraq seçkidə iştirak edəcəyik”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.