Müsavatda qurultayının nəticələrinin ləğvi yenidən GÜNDƏMDƏ
Tarix: 21-09-2015, 12:08 | Çap et
Müsavatda qurultayının nəticələrinin ləğvi yenidən GÜNDƏMDƏ
Müsavat Partiyasının son qurultayından sonra qurum daxilində ziddiyətli məqamlar davam etməkdədir. Seçkilərdə qalib gələn Arif Hacılıya rəqib olan Qubad İbadoğlu partiyadn kənarlaşdırıldıqdan sonra Tural Abbaslı və onun tərəfdarlarının da mövqeyi zəiflədildi. Hazırda partiyanın Suraxanı rayonunun keçmiş sədri Rövşən Dəmirli məhkəməyə müraciət edərək qurultayın nəticələrinin ləğv olunmasını istəyib. Rövşən Dəmirlinin sözlərinə görə, qurultayda saxtakarlıq halları baş verib.

Hafta.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, partiya seçkiləri tam demokratik formada keçirib:

“Biz heç nədən çəkinmirik, partiya tam demokratik bir formada seçkilər keçirib. Kimin bundan narazılığı varsa buyursun öz hüquqlarından istifadə edib istədiyi addımları atsın. Allah xeyirlərini versin, biz hüquqi müstəvidə aparılan mübarizəni müsbət qəbul edirik. Onların qaldırdığı heç bir məsələ bizi narahat etmir. Seçkinin şəffaf keçirilməsini bütün müşahidəçilər görüb, Ədliyyə Nazirliyi də bunu təsdiqləyib”.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net