Razi Nurullayev `Azərbaycan saatı`nı ifşa etdi
Tarix: 1-04-2015, 13:04 | Çap et
Razi Nurullayev `Azərbaycan saatı`nı ifşa etdi
""Azərbaycan saatı" verilişinə müxalifətin bir çox nümayəndəsi şəxsi büdcələrindən yardımlar edirlər".

Bu sözləri SİA-ya açıqlamasında AXCP sədrinin sabiq müaviniRazı Nurullayev adıçəkilən verlişdə Əli Kərimlinin təbliğatının aparılımasına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, "Azərbaycan saatı" verilişi yalnız Əli Kərimlinin müdafiəsi və təbliğatı üzərində işini qurub: "Bu cür fəaliyyət isə həm o verilişə yardım edən insanları, həm də ümumilikdə müxalifəti narazı salır".

Razi Nurullayev AXCP sədri Əli Kərimlinin müxalifət lideri kimi qəbul etmədiyini də deyib:
"Mən hesab etmirəm ki, bu gün müxalifətdə ən öndə gedən, müxalifətin yaradıcısı Əli Kərimlidir. Burada kifayət qədər digər şəxslər də mövcuddur. Həmin şəxsləri kölgədə qoyan və yalnız onların resurslarından istifadə edərək öz təbliğatçılığını qurmaq həm müxalifətçiliyə, həm də dostluğa ziddir. Bu baxımdan mən hesab etmirəm ki, "Azərbaycan saatı" azad sözə, azad mediaya, azad mətbuata və Azərbaycan xalqına xidmət edir".

Qeyd edək ki, Razi Nurullayev Əli Kərimlinin özünü bütləşdirdiyi iddiası ilə də çıxış edərək, onu avtoritar idarəçilikdə ittiham etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net