Sabir Rüstəmxanlı namizəd olmaq üçün sənədlərini DSK-ya təqdim etdi
Tarix: 8-09-2015, 11:02 | Çap et
Sabir Rüstəmxanlı namizəd olmaq üçün sənədlərini DSK-ya təqdim etdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deputatlığa namizəd olmaq üçün sənədlərini DSK-ya təqdim edib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Sabir Rüstəmxanlı 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd olmaq üçün ərizəsini DSK-ya verib.

Qeyd edək ki, sentyabrın əvvəlində VHP depuatlığa namizədlərinin siyahısını açıqlayıb. Həmin siyahıda partiya sədrinin hansı dairədən deputatlığa namizəd olacağı açıqlanmayıb.

Xatırladaq ki, Sabir Rüstəmxanlı hazırda 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Milli Məclisin deputatıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net