“Jurnalistlərin seçki ilə bağlı blok yaratması anormallıqdır”
Tarix: 7-08-2015, 11:05 | Çap et
“Jurnalistlərin seçki ilə bağlı blok yaratması anormallıqdır”
Parlament seçkiləri yaxınlaşdıqca, iddialı şəxslərin kimliyi də aydınlaşmaqdadır. KİV-də yer alan məqalələrdən belə məlum olur ki, bu dəfəki parlament seçkilərdə siyasilərlə yanaşı xeyli sayda jurnalist də namizəd kimi iştirak edəcək. Hansı ki, bundan əvvəlki parlament seçkilərində də xeyli sayda jurnalist öz namizədliyini irəli sürmüş, bu müstəvidə bəlli bir axar, kütləvilik müşahidə olunmuşdur.
Maraqlıdır, jurnalistlərin parlamentdə təmsil olunmaq istəyinin kütləviliyi nədən xəbər verir? Redaksiyanı parlamentə dəyişmək arzusu ilə birdən-birə çoxlu sayda jurnalistin çıxış etməsi nə dərəcədə nromaldır?
Moderator.az xəbər verir ki, bununla bağlı “Hürriyyət”ə açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev jurnalistlərin parlamentdə təmsil olunmaq üçün öz namizədliklərini az qala kütləvi şəkildə irəli sürməsinin normal olmadığını vurğuladı:
“Ilk dəfə deyil ki, belə bir hal baş verir. Hətta əvəllər seçkilərdə jurnalistlərin blok yaratması kimi hallar da olmuşdu. Əlbəttə, əksər hallarda bunları anormal hadisə kimi dəyərləndirmək olar. Bu, onun göstəricisidir ki, ölkədəki mətbuat orqanlarının rəhbərləri və fəal əməkdaşları daha çox siyasi fəaliyyətlə məşğul olublar. Onlar uzun zaman siyasi fəaliyyətlə məşğul olublar və indi bunu sadəcə legitimləşdirmək, rəsmi strukturlata keçirmək istəyirlər”.
A.Əliyevin sözlərinə görə, beynəlxalq praktikada jurnalistin parlamentə öz namizədliyini irəli sürməsi halları olsa da, bunun üçün jurnalistlərin blok, yaxud hansısa birlik təşkil etməsi halı olmayıb:
“Beynəlxalq praktikaya nəzər salsaq görərik ki, dünyada da bu cür hallar baş verib. Lakin qeyd etdiyim kimi, jurnalistlərin blok yaratması anormal haldır. Əgər jurnalist öz namizədliyini irəli sürürsə, peşə qaydasına, peşə kodeksinə görə onlar öz KİV-lərindən özlərinin seçki kampaniyasında istifadə etməməlidirlər. Bizdə isə əksinədir. Seçkiyə qatılan bəzi redaktorlar bu məqsədlə öz qəzetlərindən gen-bol istifadə edirlər. Bu, yolverilməz olsa da reallıqdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net