Millət vəkilindən terror xəbərdarlığı: “Həssas olun, bu təhlükə hamımız üçün var”
Tarix: 4-08-2015, 12:15 | Çap et
Millət vəkilindən terror xəbərdarlığı: “Həssas olun, bu təhlükə hamımız üçün var”
Məlum olduğu kimi, son günlər PKK-nın törətdiyi terror aktları nəticəsində Türkiyə ərazisində neft və qaz kəmərlərinin bir-birinin ardınca partladılması müşahidə edilməkdədir. Maraqlıdır, PKK eyni əməliyyatları Azərbaycan ərazisində də gerçəkləşdirə bilərmi? Azərbaycan öz ərazisindəki neft və qaz kəmərlərinin mühafizəsi ilə bağlı əlavə tədbirlər görməlidirmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa istənilən halda ehtiyatlı olmaqda fayda olduğunu bildirdi və cəmiyyətə səsləndi:
“Təbii ki, belə bir ehtimalı tamamilə istisna eləmək olmaz. Lakin onu da qeyd edim ki, Azərbaycanda neft-qaz kəmərlərinin mühafizəsi ilə bağlı çox ciddi çalışmalar var. Bildiyim qədəri ilə bu kəmərlərin qorunması yüksək səviyyədə təmin olunur. Amma bütün hallarda “ehtiyat igidin yaraşığıdır” məsəlinə uyğun olaraq biz də öz tədbirlərimizi artırmalıyıq. Bu gün Türkiyəni təhdid edən təhlükə hər kəs üçün var.
Ümumiyyətlə, bu kimi məsələlərdə cəmiyyətin duyarlı olması, həssaslıqla yanaşması vacibdir. Hər şeyi mühafizəçilərin, mühafizə xidmətinin üzərinə yıxmaq olmaz. Hər bir insan bu məsələdə dövlətə kömək göstərməlidir. Şübhəli hər hansı bir şey gördükləri halda əlaqədar dövlət qurumlarını bununla bağlı məlumatlandırmalıdırlar. İnsanlar bu məsələdə həssas olmalıdırlar ki, hər hansı arzuedilməz olay baş verməsin”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net