Şortikli Hafiz Hacıyev: `İstəyirlər lüt şəkillərimi yaysınlar`
Tarix: 27-07-2015, 13:19 | Çap et
Şortikli Hafiz Hacıyev: `İstəyirlər lüt şəkillərimi yaysınlar`
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ətrafında yaranmış “şortik qalmaqalı”na yenidən münasibət bildirib.

Partiya rəhbəri AzVision.az-a açıqlamasında deyib ki, şortik geyinməklə bağlı bildirdiyi fikirlər yanlış anlaşılıb, yəni mətbuat onun söylədiyi fikirləri oxucuya yanlış formada çatdırıb: “Mən demişəm ki, Azərbaycanda ictimai yerlərdə “şortik” geyinmək düzgün deyil. Məsələn, şəhərin mərkəzi küçələrində, Bulvarda, Fəvvarələr Meydanında, hər hansı bir restoranda şortik geyinməyin nə mənası var?

Yaxud şortikli biri yanında itlə gəzirsə, bunun nəyi yaxşı haldır? Bu Azərbaycan xalqının milli mentalitetinə ziddir. Hesab edirəm ki, bu hal düzgün deyil. Ona görə də dediklərimin üstündə dururuam.

Əgər insan dəniz kənarına istirahətə gedirsə, o dənizə şalvarla girməlidir? Bu zaman o şortik də, “kupalnik”də geyinə bilər. Bu təbiidir. Qanundur ki, dənizə şortiklə getməlisən. Bu normal qarşılamalıdır. Mən deməmişəm ki, kimsə dənizin ortasında şalvarla çimsin. Yoxsa, şəhərdə, əhalinin sıx olan yerində, qız, gəlinlərimizin yanında şortiklə gəzsin, ora burasın göstərsin, bu, yol verilməzdir. Bunun uğrunda mübarizə aparmışıq, bundan sora da mübarizə aparacağıq. İstəyirlər, mənim şortikdə, lüt, çılpaq şəkillərimi qoysunlar. Amma, heç kəs məni yolundan döndərə bilməz. Bəli, demişəm kişi şortik geyniməz. Amma baxır harada...”, - deyə H. Hacıyev vurğulayıb.

H. Hacıyev şortikdə olan şəkillərin harada çəkilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Heç xatırlamıram şortiklə olan şəkilim harada çəkilib. Ümumən mən Azərbaycanda bu hərəkəti edə bilmərəm. Olmayıb, ola da bilməz. Xaricdə çox yerdə istirahət edirəm. Azərbaycanda isə şortiklə heç yerdə olmuram. Yayda, istirahət etdiyim yerdə, “kurtka” geyinən deyiləm. Şortik geyinib istirahətə yollanmaq hamının olduğu kimi mənimdə haqqımdır. Ancaq, Azərbaycanda istirahət etmirəm. Çünki, belə bir imkanım yoxdur. Neçə il qabaq şortikdə bir şəklimin çəkilib yayılmasını isə əhəmiyyətsiz bir hal hesab edirəm. Yəni, bir əxlaqsız hərəkət etməmişəm ki, başıma qaxac olsun”.

Partiya sədri qeyd edib ki, evdə istirahət etdiyi zaman belə şortik geyinmir: “Mən evdə qətiyyən şortik geyinmirəm. Evdə olarkən idman formamı geyinirəm. Evdə şortik geyinənlərə pis baxıram. Şortik nə verir ki, onunla evdə gəzək. Bu nə adət-ənənədir?. Şortik çıxaranların evi yıxılsın”.

H. Hacıyev deyib ki, sonuncu dəfə ötən il, istirahətdə olarkən şortik geyinib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net