"Buna görə Ermənistan məsuliyyət daşıyır"
Tarix: 30-03-2015, 10:28 | Çap et
"Buna görə Ermənistan məsuliyyət daşıyır"
“Görəsən bu avropalılar bizi ələ salırlar, yoxsa özlərini gic yerinə qoyublar?”.

AzVision.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Adil Əliyev Facebook səhifəsində bildirib.

Deputat Avropa Birliyinin (AB) Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü fəaliyyətdən narazı olduğunu ifadə edib.

“Avropa Komissiyası 2014-cü ildə Azərbaycanda Avropa Qonşuluq Siyasətinin reallaşmasına dair hesabat yayıb. Hesabatda xeyli obyektiv məqamlar var, məsələn, ölkədəki iqtisadi vəziyyət müsbət qiymətləndirilir. Vurğulanır ki, makroiqtisadi mühit qeyri-neft sektorunun və sosial sabitliyin artması hesabına sabit qalıb və sair və ilaxır. Amma məni maraqlandıran budur ki, “Cənub qaz dəhlizi”nin reallaşmasına dair öhdəliklər əvvəlki tək AB-Azərbaycan dialoqu üçün birinci dərəcəli əhəmiyyət daşıyır" deyən Avropa Birliyi nədən ölkəmiz üçün birinci dərəcəli əhəmiyyət daşıyan məsələdə yetərincə prinsipiallıq göstərmir. Bu, Dağlı Qarabağ münaqişəsinin həllidir. Dağlıq Qarabağ problemi ilə əlaqədar münaqişə tərəflərini “gərginliyi artıran və dinc prosesi pozan hərəkət və bəyanatlardan çəkinməyə” çağırmaqdansa, yaxşı olmazdımı ki, Brüsseldəkilər erməni işğalçılarını Azərbaycan torpaqlarını boşaltmağa səsləyərdilər. Belədə nə cəbhə xətti olar, nə də gərginlik yaranardı. İnsan haqları problemini qabardırlar, amma niyə aydın şəkildə bildirmək istəmirlər ki, Azərbaycanda bu problemi ən çox üzərində hiss edən öz yurdundan didərgin salınanlardır. Buna görə isə Ermənistan məsuliyyət daşıyır. Çox təəssüf ki, təkcə Avropa Birliyi deyil, qərbdəki digər qurmların hesabatları da bu baxımdan bir-birinə bənzəyirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net