YAP pul hesabatını MSK-ya təqdim etdi
Tarix: 18-03-2015, 13:26 | Çap et
YAP pul hesabatını MSK-ya təqdim etdi
Yeni Azərbaycan Partiyası (YAP) 31 dekabr 2014-cü il tarixinə olan illik maliyyə hesabatını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 saylı qərarı ilə təsdiq edilmiş “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”na uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə AzVision.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, partiyanın 2014-cü ilə dair illik maliyyə hesabatı YAP İdarə Heyətinin 29 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilib.

YAP-ın illik maliyyə hesabatları hər il İdarə Heyətində təsdiq edildikdən sonra gəlir və xərclər, eyni zamanda bu xərclərin təyinatı barədə həm bütün partiya üzvlərinə, həm də geniş ictimaiyyətə ətraflı məlumat verilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net