Alya Yaqubluya Müsavat Partiyasında YENİ VƏZİFƏ
Tarix: 30-06-2015, 10:58 | Çap et
Alya Yaqubluya Müsavat Partiyasında YENİ VƏZİFƏ
Müsavat Partiyası MNTK-sının təqdimatı əsasında Partiya Divanının 14 iyun 2015-ci il tarixli qərarı ilə Müsavatçı Qadınlar Birliyinin seçkili qürumları buraxılıb.

Partiyadan Hafta.az-a daxil olan məlumata görə, Divanda Birliyin növbədənkənar IV Ümumi yığıncağının hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. 29 iyun 2015-ci il tarixdə TK-nin ilk iclası keçirilib.

Divan üzvü, Nailə (Alya) Yaqublu Təşkilat Komitəsinin sədri, Məclis üzvü Könül Alıyeva isə sədr müavini seçilib. Komitə üzvləri arasında iş bölgüsü aparılıb. Ümumi yığıncağın 18 iyul 2015-ci il tarixdə keçirilməsi qərara alınıb.

Birliyin sədrliyinə, NTK və sərbəst şura üzvlüyünə namizədlərin irəli sürülməsi üçün 30 iyun saat 12:00-dan 13 iyul saat 13:00-a kimi vaxt müəyyən edilib. Ərizələrin Partiyanın Təşkilat Şöbəsinə təqdim edilməsi nəzərdə tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net