“Müxalifətin hakimiyyətə gəlmək şansı məhduddur”
Tarix: 26-06-2015, 11:20 | Çap et
“Müxalifətin hakimiyyətə gəlmək şansı məhduddur”
Azərbaycanda parlament seçkiləri yaxınlaşdıqca müxalifətin bu seçkilərdə ortaya qoya biləcəyi mümkün nəticələrlə bağlı proqnozların sayı da artmaqdadır. Maraqlıdır, müxalifətin parlament seçkilərində uğur qazanmaq şansı varmı? Hər dəfə ağır məğlubiyyətə düçar olan müxalifət bu seçkilərdə dönüş yarada biləcəkmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa müxalifətin hakimiyyətə gəlmək şansının məhdud olduğunu qeyd etdi:
“Azərbaycan parlamentli respublika olmadığına görə bu seçkilərdə hətta müxalifət təmsilçilərinin uğur qazanacağı təqdirdə belə müxalifətin qalib gəldiyini iddia etmək sadəlövhlük olar. Azərbaycan prezidentli respublikadır. Müxalifətin hakimiyyətə gəlmək şansı məhduddur. Indiki şərtlərdə müxalifət parlamentdə bir fraksiya qazanmaq uğrunda mübarizə aparmalıdır. Yalnız şərtlər dəyişərsə, daha böyük uğurlar qazanmaq mümkündür”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net