Cəmil Həsənlinin "ingilis barmağı" rolu
Tarix: 19-06-2015, 11:10 | Çap et
Cəmil Həsənlinin "ingilis barmağı" rolu
Bizim ölkədə Əli Kərimlinin modern layihəsi hesab edilən millişurabaşı Cəmil Həsənlinin dilindən səslənən afyorizm dolu, heç də orijinal olmayan bəyanatlara daha qulaq kəsilən yoxdur. Çünki, camaat yenilik axtarır düşüncələrdə, o düşüncələri səsləndirən şəxslərin özündən bir normal davranış gözləyir. Gözləyir ki, hamının gördüyü həqiqətin qarşısında siyasi oyunbazlıq etməsinlər. Belə oyunbazlıq baş "yurd"çunun şinelindən çıxmış siyasi mutantların hamısının sintərmiş xarakterində var.

Qərbin siyasi texnologiyalarına işləyən bu xarakterik rolların ifaçıları ayqır ağızların dadsız şəkərinə dönüb sanki hürriyyət yanğısıyla qıyya çəkir, hay basır, sakitləşmir. Özü də elə bir vaxtda ki, bütün ölkə Bakıda keçirilən I Avropa Oyunlarının sevinclə dolu həyəcanını yaşayır. Bunların "knopkasını" bu dar macalda kim basıb görəsən? İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi barədə qərar qəbul ediləndə hansı qucaqda yatmışdılar ki, dünyanın gərdişindən indi xəbər tutublar. Naturaca qərbə köklənmiş, affekt halında xoruzlanan qulbeçələrin səsi onsuz da cəmiyyətin marağında deyil, bunu bilirik. Avropanın antiazərbaycan dairələrinin başa gətirdiyi antireklam roliklərinin ekstazında keyləşmiş bu mutantlar ürəkləniblər, cəmiyyəti öz ölkəsinin hər hansı uğuruna,işıqlı sabahına şəkk gətirməyə çağırırlar. Əlbəttə, belə çağırışlar həmişə olub, olacaq da. Amma o da var ki, özünün şərəfini gözləməyi bacaran adam üzləşdiyi rüsvayçı məğlubiyyətdə belə heç olmasa siyasi yaddaşlardan şəxsiyyət kimi silinmək "şərəfini" itirməməlidir.Tarixçinin tarixi örnəklərdən yararlanması ilk növbədə onun özünə xeyirdi, həm də üzünə bir vaxtlar bağlı olan qapıları açır. Cəmil Həsənli elə bilir ki, şurabaşı rolunda xalqın gözündə əzəmətli görünür. Amma bu əzəmətdən əsər-əlamət görünmür. Çünki, ambisiyaların güdazına verdi özünü, üzünə təzə-təzə açılan qapıları kilidləyib açarını verdi Əli Kərimliyə. Sən demə Qərbin beşinci təkərinin sintərmiş şinyonu bu alış-verişdə boynuna brokerlik məsuliyyətindən artıq yük götürməyib. İndi dalana dirənmiş şurabaşının geriyə heç yolu da yoxdu. Məcburdu ki, siyasi sahiblərinin verdiyi əvəzində öz ölkəsinə və hakimiyyətinə amoral "moral" oxusun. Pahoo, gör bir nə cır səsi varmış bunun. AXCP liderində insaf hardandı ki, şuralaşdırdığı bapbalaca "yusifsərracını" bağlı qapı arxasından dartıb çıxartsın.

Cəmil Həsənlini hələ də bir ziyalı kimi qəbul edənlər onun Azərbaycanda sabitliyin pozulmasına işləyən "ingilis barmağı" roluna inanmaq istəməsələr də, belə destruktiv mövqeni qəti şəkildə qəbul edə bilmir. Bəlkə bu qənaətin özündə haçansa kəşf edilmiş tarazlıq kəskin şəkildə pozulub, xəbərimiz yoxdur? Belə pozuntunu bizim obada ilk dəfə "quzu şəmi"nin qayınatası Şəməqulu kişi fakt eləyib az qala camaatın gözünə soxanda hamı gülməkdən ölüb getməyə hazırıydı. Əslində Şəməqulu kişi demək istəyirdi ki, iradəsi zəif olana etibar edib yaş yorğanında yatmaq soyuqdəymədən də pis nəticə verə bilər.Unutmayın ki, şurabaşı bir müddət öncə ingilisə verdiyi ingiliscə müsahibələrindən birində Qarabağa matəm simfoniyası bəstələməklə "dubl" eləmişdi. İndi gəl quru çıx da bu palçıq siyasətin içindən, görüm necə çıxırsan.

Dərd ondadı ki, bilməyərəkdənmi, hamımız belə mənhus mənzərələrə gülə-gülə fon verməyə çalışırıq, üstəlik haqq qazandıraraq boyaq da vururuq ki, belə yox, bax belə demək istəyib...Professor mantiyasında tarixi araşdırmaları ilə "ay həzərat baxın, bizim torpaqlar Amerikanın, Rusiyanın, Fransanın sayəsində işğal altındadır" şəklində ifadələrlə milləti ayıldıb Qarabağ uğrunda mübarizəyə səsləyən Cəmil müəllimin görkəminə siyasi ton verməklə köklü çəkildə dəyişdiyinin fərqindəsinizmi? Heç kəsin, heç erməninin də gözləmədiyi bir mövqe ilə Qarabağı mübahisəli ərazi adlandırmasına nə deyirsiniz? Bu həmin Cəmil Həsənlidir ki, ermənipərəst "regnum.ru" saytında dərc etdirdiyi maraqlı tarixi araşdırmaları ilə erməni psevdoqafqazşünaslığının kürəyini yerə vurmuşdu. Rüsvayçılıq bu deyilmi? Birini də deyim, qurtarsın getsin. Alın təri ilə yuxusuz gecələrdə gərgin elmi axtarışlar aparmış və tarixçi kimi halallıqla dünyada belə məşhurlaşmış ziyalı professorumuzu Əli Kərimliyə əmanət etməklə onu artıq mənən itirmişik. Əli Kərimli isə bu ziyalını Avropadakı ağalarına ərməğan elədi, qul şəklində. İndi ikiyə bölünmüş, dualist həyat yaşayan bu adama Əli Kərimlinin kölgəsi də deyirlər, rüsvayçılıq deyilmi?

P.S. Cəmil Həsənli sən istəyirsən ki, səni bu qoca vaxtında tutub..?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net