Rauf Arifoğludan Cəmil Həsənliyə kəskin CAVAB
Tarix: 16-06-2015, 11:59 | Çap et
Rauf Arifoğludan Cəmil Həsənliyə kəskin CAVAB
AXCP- “Yeni Müsavat” davası, “savaşı” yenidən davam edir.

“Savaş”ın isə səbibi “Yeni Müsavat” qəzetində Milli Şura kimi tanınan qurumla bağlı yayımlanan yazı və buna adıçəkilən qurumun sədri Cəmil Həsənlinin verdiyi kəskin cavab oldu.

Hafta.az-ın məlumatına görə, qəzetdə yazılan aşağıdakı cümlələr Cəmil Həsənlini dilə gətirdi:

“Kərimli-Həsənli cütlüyünün maskasının düşməkliyi; Cəmil Həsənlinin sədr olduğu qurumun I Avropa Oyunlarını boykot etməməsi haqda sensasion iddialar; “Putinin qatılacağı tədbiri boykot etmək onların maraqlarına ziddir; Milli Şura Kremlin layihəsidir, hələ də bu statusunu qoruyub saxlayır”; Rusiya prezidentinin təqdirini qazanmaq üçün AXCP və MŞ sədrləri “Yeganə” libaslarını soyundular...”.

Bunun cavabında isə Cəmil Həsənli də sosial şəbəkədə böyük bir yazı yazaraq, “Yeni Müsavat”ı kəskin tənqid etdi. Həsənli iddia etdi ki, qəzet iqtidara çalışır. Eyni zamanda o qəzetin baş redaktoru Rauf Arifoğlunun da ünvanına fikirlər səsləndirərək bildirmişdi ki, o həm müxalifət, həm də iqtidarla əməkdaşlıq edir.

Məsələyə elə sosial şəbəkədə Rauf Arifoğlu da münasibət bildirdi. Arifoğlu fikrinə belə başladı: “Allah güldürsün. “Yeni Müsavat” qəzetini məhv ediblərmiş, Şurəvilər, xəbərim olmayıb”.

Eynilə Rauf Arifoğlu da Cəmil Həsənlini bir zamanlar müxalifətə, ardınca iqtidara çalışdığını yazıb və fikrini faktlarla əsaslandırmağa çalışıb:

“Sən həm də bir bunların hədəfinə bax, əxlaqına, söz azadlığına, mediaya münasibətinə, jarqonlarına bax.Bunlarmı iqtidar olacaqdılar, bu çatlaq professormu prezident olacaqdı.Əslində özünü ifşa mətni olan o statusda bizim iddiaların birinə də cavab verilməyib. Hörmətli professor ziq-zaqlı həyatı boyunca bir neçə dəfə öz təşkilatını və liderini satıb! İcazəli parlamentə mandat alıb, həm də iki sezon; bu rejimin banilərinə kitab yazıb, hakimiyyəti tam və ipinə-sapına qədər dəstəkləyib...

Biz bir dəfə də deputat olmadıq, rejimə və onun banilərinə kitab yazmadıq, liderimizi satmadıq”.

Yazılan fikirlərə sosial şəbəkədə hər iki şəxsin tərəfdarları dəstək olub, oxşar fikirlər səsləndiriblər. Mübahisələr davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net