Prezident İlham Əliyev rəqiblərindən niyə bir addım öndədir
Tarix: 16-03-2015, 17:09 | Çap et
Prezident İlham Əliyev rəqiblərindən niyə bir addım öndədir
Son dövrlər yerli siyasət meydanında artıq oturuşmuş bir qənaət müşahidə olunmaqdadır. Azərbaycanda siyasi mübarizə dönəmi demək olar ki, tamamilə başa çatıb. Bu, bütün parametrləri ilə təsdiqlənmiş bir qənaətdir. Hər halda, görünəni budur və bu görüntünün yetərincə dayaqları mövcuddur.

İlham Əliyev bunu bacardı…

Əslində İlham Əliyev hakimiyyətinin ilk illərində onun prezident kimi fəaliyyəti bir çoxları üçün maraq kəsb edirdi. Həm daxildə, həm də xaricdə. Daxildə bir narahatçılıq var idi və bu etiraf olunmalı idi. Heydər Əliyev kimi nəhəng bir siyasətçinin ardından eyni kursu, daha böyük ustalıqla davam etdirmək ən azından fitri istedad tələb edirdi…

Xalq buna görə naraha idi ki, yenə də siyasətdə əvvəlki xaotiklik qayıda bilər və bu da artıq kifayət qədər itirmiş Azərbaycana yaxşı nələrisə vəd etməyəcəkdi.

Azərbaycan yetərincə itirdiyindən hamı dərk edirdi ki, bundan sonra qazanma vaxtımızdır və İlham Əliyevlə qazanma fürsətinin əldə edilib-edilməyəcəyi ciddi şəkildə ictimaiyyəti narahat edirdi.

Amma İlham Əliyev bunu bacardı. Və daxildəki narahatçılığa son qoydu.

Doğrudur, İlham Əliyev prezidentliyinin ilk günlərində… 2004-cü ilin yanvar ayında belə bir açıqlaması ilə də yadda qaldı: «Prezident olmaq kənardan göründüyü kimi asan deyilmiş»…

Bəli, artıq İlham Əliyev bir ölkənin, bir dövlətin, bir millətin yükünün altına girdiyinin fərqində idi və həm də yaxşı başa düşürdü ki, artıq itirmək yox QAZANMAQ, MİLLƏTƏ, DÖVLƏTƏ QAZANDIRMAQ vaxtıdır. Bu missiya məhz onun nəsibi idi.

Daxildəki narahatçılıq isə Azərbaycanda gözü olan, marağı olan beynəlxalq aləmin ümidləri, planları ilə bağlı idi. Bəli, SSRİ dağıldıqdan sonra Azərbaycan mühüm bir məntəqə kimi diqqət mərkəzində idi. Belə bir şəraitdə İlham Əliyev Heydər Əliyevdən qalma kursu qorumaqla yanaşı, həm də bu siyasəti inkişaf da etdirməli idi.

Təsəvvür edin, Rusiya kimi nəhəngin qonşuluğunda - maraqları fonunda Azərbaycan kimi xırda bir ölkə öz prinsiplərini diqtə etmək kimi bir prosesə baş vurmuşdu. Bundan əlavə, davamlı olaraq Azərbaycana Qərbin təzyiqləri də olacaqdı, oldu da. Amma buna baxmayaraq, Azərbaycan kiminsə yanında görünmədi. Azərbaycan öz mövqeyi olan ölkə kimi diqqətə gəldi və bunu İlham Əliyev bacardı.

İlham Əliyev Azərbaycanın bütün enerji layihələrini uğurla davam etdirdi və bu yolda yeniliklərə də imza atdı. Heydər Əliyevdən qalma siyasət nəinki axsamadı, hətta uğur belə qazandı.

Kimsə iddia edə bilməz ki, bu gün Azərbaycana hətta bu enerji layihələrinin tranziti olan Gürcüstanla dil tapmaq belə asandır. Amma bunu da İlham Əliyev bacardı. Gürcü şıltaqlıranı önləməklə yanaşı, həm də Azərbaycanın maraqlarını təmin edə bildi.

Daxildəki siyasi rəqibsizlik boşluğu…

Bəli, bu gün faktiki olaraq Azərbaycanda İlham Əliyevə rəqib kimsə görünmür. Yəni kimsə iddia etmir ki, mən bunu İlham Əliyevdən yaxşı bacararam. Hətta ən kəskin rəqibləri belə zaman-zaman onun birinciliyini və daha yaxşı olduğunu etiraf edirlər, etmək zorunda qalırlar.

Bir sıra tanınmış siyasilərin həbsinə gəlincə isə əksər hallarda bu prosesin arxasında konkret dövlət marağının dayandığı da şəkksizdir. Hər halda, hakimiyyət əgər hansısa vətəndaşı barəsində VƏTƏNƏ XƏYANƏT ittihamı ilə qərar çıxarırsa, bui şin arxasında real faktların olduğunu kimsə dana bilməz.

Məhz belə bir rəqibsizlik mühiti İlham Əliyevlə Azərbaycanı, Azərbaycanla isə İlham Əliyevi daha da irəliyə - yeni illərə daşımaq zorundadır. Bizim İlham Əliyevdən başqa şansımız yoxdur.

DİA.AZ - Araşdırma Qrupu…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net